Zhala

Reklam
Bir axşam İctimai Tv-də bir verilişə rastladım. Musiqini eşitdiyim an rəfiqəmə yazdım ki, imkan varsa tez aç bax(Onunla musiqi zövqümüz çox üst-üstə düşür). Bildirdi ki, həmin an aça bilmir. Bu cümlə səbəb oldu ki, verilişin adını və konseptini axtarıb ona deyim ki, yutubda baxsın. Həmin gündən hər həftə verilişin bir buraxılışını izləyirəm. Adı “Hər zaman musiqi”dir. Hər həftə bir şairin, bəstəkarın, ifaçının musiqiləri adətən, daha yeni nəsil ifaçılar tərəfindən ifa edilir. Rəy bildirən şəxslər isə mədəniyyət sahəsinin müxtəlif qollarını təmsil edən şəxslərdir və musiqiləri ifa edilən şairlər, bəstəkarlar, ifaçılarla bağlı xatirələrini bölüşürlər. Çox bəyənirəm, bura Cavanşir Quliyevin bəstələrindən ibarət buraxılışın linkini də əlavə edirəm. İstərdim ki, daha çox dinləyicinin ruhunu oxşasın🤍 youtu.be/eSxiRrDTWzg?si
Tənhayam, sarı simlərimdə çalır sənsizlik tar-kaman