Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Harmoniya
Təbiətdəki hər bir varlıq müəyyən harmoniya içindədir, hər şey rəqs edir, hətta ən kiçik molekullar belə - azad və xaotik! Ancaq biz həmişəki kimi istisna təşkil edirik. Naciz cismimizə daşıya bilməyəcəyimiz qədər ağır qayaları yükləyib yola çıxırıq və bununla öz azadlığımızdan da vaz keçirik. Parlaq işıq gözümüzü qamaşdırır və onun ardınca gedərək daha çox təhlükəsizlikdə, daha təminatlı olduğumuzu düşünürük, biləks vəziyyətin ciddiyyətinə varmaq üçün bəzən hər şeydən uzaqlaşıb ümumi mənzərəyə nəzər salmaq və düşünmək gərəkir; işıq gələn yer, yoxsa it hürən tərəf ?! Bu, imtina deyil qətiyyən. Sadəcə daxili yerdəyişmə, möhkəm tutmaqdan çox yüngül tutmağa doğru olan dəyişiklik. Bəlkə, elə ən doğrusu budur?
·
43 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.