Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Yataqxanadan çıxdığım zaman otaq yoldaşım Zaurla rastlaşdım,Zaur Universiteti bitirdikdən sonra, Bakı şəhərində iş tapıb,aile qurb,o vaxtdan yataqxanada yaşayır,burada Zaura müvəqqəti yaşaması üçün ev verilməsinin əsas səbəbi Nazim bəydi ( Nazim bəy yataqxananın nəzarətçisi) , Yataqxana söküldükdən sonra harada yaşayacaqı barədə sual verdim,Nazim bey bildiribki bu yataqxanadan çıxan son insan sən olacaqsan,o zamana kimidə özünə kirayə ev tapacağın bildirdi.Zaurla söhbətimi bitirdikdən sonra, Dostlarımla M.Əcəmi deyilən ərazidə görüşməli idik. Bolt proqramında taksi sifariş verdim,2 dəqiqə vaxt keçməmiş taksi sürücüsü zəng edərək, ödənişin kartla olduqu üçün gələ bilmiyeceyin bildirdi, sifariş ləğv edib yenidən sifariş verdim bu dəfə isə *nömrəli* Toyota Prius sizə yaxinlaşir bildirişi gəldi və hiss etdimki bu gün mənim günüm deyil. Bir az məsafə getmişdik, sürücü başladı söhbətə,bes yeni qərar veriləcək artiq, köhnə maşınlar və bəzi sürücülər taksi fəaliyyəti ilə məşğul olması qadağan edilecek,imkan vermirlər cammat evinə çörək aparsın. Sürücüyə verdiyim cavab isə bu oldu :Çörəyi evlərinə belə aparacaqlarsa, aparmasınlar.! İşini layiqincə görən adamlar, işinin haqqını verənlər evinə çörək aparmalıdır. Məncə, Azərbaycan xalqının bədbəxtliyi elə məhz buradan, bu cümlədən başlayır: “Bəs camaat evinə çörək aparmasın?!” Xoşlayırıq da duyğu istismarını... Çörək, namus, qeyrət, vətən mövzularıyla kövrəltməyi... Və beləcə, zibilimizi palazımızın altına süpürə-süpürə tozlanırıq. Kimə sual versən ki taksi sürücüləri ile bağlı fikirləriniz nedir, qarşılığında alacaqsınız cavablar bunlar olacaq,“Patı çəkənlərin hamısı taksi sürür”, “Qəpiyimizi qaytarmırlar, qəpik götürmürlər”, “Söz atırlar, tərbiyəsizlik edirlər”, “Kartla sifariş verəndə gəlmirlər” və s. Bütün sahələri bu təfəkkürlə məhv eləmişik. “Yazıqdı, evinə bir tikə çörək aparsın” İstəyirsən, “patı” çəkənlər günlük 20 manata maşın götürüb sürücü işləsin? “Evlərinə necə çörək aparacaqlar?!” Aparmasınlar! Çox sadə! Sual verməyi, cümlə qurmağı bacarmayan, dilin normalarını bilməyən adamların "evinə çörək aparır" deyə jurnalist kimi işləməyinə göz yumuruq. Savadsız “müəllim” evinə çörək aparsın deyə işləməyinə göz yumuruq. Müştəri ilə necə davranmalı olduğunu bilməyən ofisiantlar evinə çörək apara bilsin deyə işləməyinə göz yumuruq. Nə vaxta kimi bütün məsələlərə belə yanaşacağıq? Hara kimi belə gedəcək? Belə adamlar evlərinə çörək apara bilməməlidirlər ki, düzəlsinlər. Yoxsa düzəlməyəcəklər. Sərt olmaq lazımdır. Almanları, yaponları, nizam-intizamlı və qəddar olmağı bacaran (ən əsası özünə qarşı və öz yaxşılığı üçün) xalqları nümunə götürmək lazımdır. Yoxsa düzəlməyəcəyik. Aparmasın, qardaş. Bu cür adamlar evinə çörək aparmasın. Elə aparacaqsa, aparmasın. Layiq olan aparsın. Hamı gördüyü işin haqqını versin. Bu, nə vicdan, nə də məsuliyyət məsələsidir. "Yaxşı insan", "pis insan" məsələsi də deyil. Bu, dövrün tələbidir. Kapitalizm, neo-kapitalizm, post-kapitalizm, post-industrializm... Adı hər nədirsə, bu dövrün tələbidir. İşini bilən, işinin haqqını verən adamlar evinə çörək aparacaq artıq. Zəif, ağılsız, savadsız, fərəsətsiz, mədəniyyətsiz adamlar evinə çörək apara bilməyəcək. Mənə əsəbiləşməyin. Bunu mən təşkil eləməmişəm. Sizə reallığı deyirəm. Təkcə Azərbaycanda yox, dünyanın hər yerində belədir və daha da sərtləşəcək qaydalar, daha da qəddarlaşacaq dünya. Güclü olmayanlar məhvə məhkumdur.
·
2 artı 1'leme
·
488 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.