Mərhəmət duyğusu səndə yoxdursa
Tutduğun orucun nə mənası var ?
Süfrəndə yoxsula yerin yoxdursa
Bir ay ac qalmağın nə mənası var ?
Tərəzin çəkidə əyri çəkirsə
Dilin zəhər kimi qəlb incidirsə
Əlin rüşvət alıb-rüşvət verirsə
Qıldığın namazın nə mənası var ?
Yalandan and içib alver edənlər
Arvaddan xəbərsiz əyri gedənlər
Haqsızdan pul alıb haqlı edənlər
O həccə getməyin nə manası var ?
Haram pullarıyla villa tikənlər
Yetimin haqqını bölüb yeyənlər
Şər atıb birini bədbəxt edənlər
Öləndə yasinin nə mənası var ?
Namaz da-oruc da asandı qardaş
Vicdanlı olmaqsa çətindi qardaş
Əsil insan olmaq lazımdı qardaş
Əməlsiz Quranın nə mənası var ?
Mən digər şeiri də çox bəyəndim: ‘Sənə gülüm demərəm, gül qoxlanıb atılır, sənə şəkərim demərəm, acı çaya qatılır, sənə Kərkük deyərəm, sənə Talafar deyərəm, sənə Qəzza deyərəm, kölgəsində yatılır.’