Gönderi

48 syf.
7/10 puan verdi
Olay: İnsanlığın sahilə vurduğu an
Həcmi kiçik olsa da, acısı böyük idi.. Kitabı oxumağa başlamağımla bitirməyim bir oldu. Başlarda rəngli rəsmlərinə görə kitabın uşaqlar üçün nəzərdə tutulduğunu düşünsəm də, sonlara doğru rəsmlərin rənglərinin solması ilə, yanıldığımı anladım:( Suriyalı atanın qeyri-müəyyən bir səyahətə çıxmazdan əvvəl oğluna yazdığı məktub şəklində hazırlanan mətn müharibədən və zülmdən qaçarkən dənizdə itkin düşən minlərlə qaçqına həsr olunub.
Khaled Hosseini
Khaled Hosseini
bu kitabı gərçək hadisələr əsasında yazıb. 2015-ci il sentyabr ayında Avropada təhlükəsiz bir yerə çatmağa çalışarkən Aralıq dənizində boğulan və cansız bədəni sahilə çıxan üç yaşlı suriyalı qaçqın Aylan Kurdinin hekayəsindən ilham alaraq yazdığı
Deniz Duası
Deniz Duası
qaçqın probleminə son dərəcə heyrətamiz və yeni baxış qazandırdı.
Deniz Duası
Deniz DuasıKhaled Hosseini · Everest Yayınları · 20184,083 okunma
·
234 views
Aqşin Xəlilov okurunun profil resmi
Bu yazarın "Uçurtma avcısı" kitabını oxumanızı şiddətlə tövsiyə edirəm.))
Şəhla okurunun profil resmi
Çox təşəkkür edirəm, tövsiyəniz üçün.🌻🙏🏻
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.