Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

121 syf.
·
Puan vermedi
Kitab Nilgün Marmaranın qeydlərindən ibarətdir. Nilgün bu qeydlərin çap olunmasını istərdimi ,istəməzdimi heç bilmirəm. Onun qeydlərini oxumamız da nə dərəcə etikdir onu da bilmirəm. Dəftər dostu tərəfindən heç bir dəyişikliyə məruz qalmadan çap edilib. Hər səhifənin yanında Nilgünün əl yazıları da qeyd olunub. Xəttinə nəzər salanda çox az sözü oxuya bildim, o qədər qarmaşıq xətti vardı ki. Xətti sanki psixolgiyasının bir yansıması idi. Hətta bəzi səhifələrdə Nilgünün cızma qara təsvirləri də vardı. Kitabda Nilgünün oxuduğu kitablardan yazdığı qeydlər də qeyd olunub. Xüsusən, Lacan, Sartre,Nabokov,Oğuz Atay, Kafka. Bax ,bu yaralarım atamdan, bunlar anamdan deyən Nilgün Marmara notlarında ,, Kor ata" misalı çəkir - və deyir ,,İçimdəki ana ölməmişdən qabaq , içimdəki ata bir gözü ilə baxırdı içimdəki uşağa. Ana öləndə atanın digər gözü də qapandı. Nilgün o qədər o həssas biri idi ki, yaşadığı xatirələri atomlarına qədər hiss edirdi və yazırdı ki, bədən neçə atomdan ibarətdirsə o qədər də mənaya sahibdir. Həyatın sadəcə melanxolik və depressiv üzü ilə sevişdiyini ,xoşbəxtliyin xətri qaldığını deyirdi. Həyat yoldaşı Kağanla arasında olan uçurumları və fərqləri isə Nilgünün qeyd yazdığı bir dialoqdan hiss etmək olur: Kağan: Həyat üçün qəmli olmağa da dəyər Nilgün: Həyatın harasından dönsək kardır Elə buna görə də Nilgün Kağanı ,, Yadların ən yaxını" olaraq təsvir edir. Və deyir ki üstümə qatarlar və maşınlar gəlir sənə doğru gələndə bu evcilik oyununda. Arzusu sadəcə Kağanla yaşadıqları evlərində rastlaşıb doğma insanlar kimi söhbət etmək idi. Nilgünün üzərinə ən çox düşündüyü mövzu isə intihar idi. İntihar analizi üzərinə yazılarında Nilgün Sartrenin bir fikrinə istinad edir ,, İntihar dünyada var olmağın bir yoludur. Çünki, insan bir akt olaraq düşündüyü ölümü seçəndə öz varlığının fərqinə vararaq , varlığının tanımını heçlik olaraq düşünər. Nilgün görə, intihar özünü qoruma aktıdır. İntihar sevgi görmək üçün bir qışqırıqdır. İntihar mövzusuna toxunduqda Slyvia Plathın intiharının səbəbinin bunlar olduğunu qeyd edir. Nilgün düşünür ki, Dostoyevski, Baudelaire, Rilke, Artaud ve Kafka və s bu qəbildən insanlar ölümü israrla qapıda gözlədərək və başqalarına ölüm və intihar geyimi geyindirərək öz hisslərini ifadə ediblər. Bəlkə də Nilgün bunu deyil də intihar etməyi cəsarətli bir akt olaraq görmüşdü deyə intihar etmişdu. Hələ ölmədən belə özünü cəsəd kimi görən insanların intiharlarını da hər hansı bir insanın vəsiyyətini yerinə yetirdiyi kimi edəcəklərini düşünür. Tanrıya inanmadıqdan sonra istədiyini düşünə bilmə azadlığı qazandığını düşünən Tezer Özlünün əksinə Nilgün ,, Tanrı yoxdursa hər şeyə icazə var " fikrini təkzib edərək ,, Tanrı varolduğu üçün hər şeyə icazə var deyir" Necə ki, heç bir şey etməyən Oblomova tənbəl deyirdilər , oysa Oblomov tənbəl deyildi, onun heç bir şey etməməsində bir akt vardı. Eynisi də Nilgünün yazılarında və eşqində vardı . Ona görə də Nilgün özünü ,, Yuxu yerinə sözlər və eşqlə çalışan Oblomov " adlandırmışdı. Yatdığı otağın tavanında sürətlə qaçışan qarışqaların bir-birinə toxunduğunu, amma heç bir şey olmamış kimi keçib getmələrini eşqə bənzətmişdi-bir-birinə toxunmaq və heçnə olmamış kimi getmək. Bu hissəsini oxuyanda Dostoyevskinin ,,Bəlkə də otağında öldürdüyün hörümçək səni dostu olaraq görürdü" cümləsi yadıma düşdü.Bəlkə də Nilgün o qədər tək idi ki, otağındakı qarışqaları dost olaraq qəbul etmişdi. 29 yaşında intihar edən , günəşlə arasına bir kitab qoyan, yalnız günəşdən utanan və təşvişini kukla. edən Nilgün öz yoluna quş qoya bilmədi. Bəlkə də,çoxumuz istər bioloji ,istər psixoloji Nilgünün öldüyü yaşdayıq.
Kırmızı Kahverengi Defter
Kırmızı Kahverengi DefterNilgün Marmara · Telos Yayıncılık · 20001,411 okunma
·
39 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.