Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Fevral inqilabından sonra partiyalar
Fevral hadisələrindən sonra keçmiş imperiyanın bütün ərazisində olduğu kimi, Azərbaycanda da milli hərəkatın yüksəliş dalğasında müxtəlif siyasi və ideoloji yönümlü partiya və təşkilatlar yaranmağa başladı. Bu partiyaların bəziləri strukturlarının və sosial bazasının zəifliyi səbəbindən, milli hərəkat tarixində önəmli bir iz qoymadan az sonra fəaliyyətlərini dayandırdılar. Müvafiq olaraq İrəvan və Gəncədə yaradılmış "İrşad" və "Firqəş-Məmmədli" partiyalarının aqibətini buna misal göstərmək olar. Bu dönəmdə Azərbaycanın köhnə siyasi partiya və təşkilatları da öz fəaliyyətlərini bərpa edir və ya gizli iş şəraitindən açıq siyasi mücadiləyə keçirdilər. Məsələn, Fevral inqilabından dərhal sonra, 1917-ci il martın 3-də baş tutan fövqəladə konfransda "Hümmət" təşkilatının fəaliyyətinin bərpa etmək qərara alındı. Çar mütləqiyyətinin devrilməsindən sonra açıq fəaliyyətə keçən "Müsavat" da bu dönəmdə sərt konspirasiya olunmuş kiçik qrupdan kütləvi partiyaya çevrilmə mərhələsində idi.
Jeko Print nəşriyyatıKitabı okuyor
·
25 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.