Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Qəzəl
Mirzə Əbdülxaliq Yusif
Mirzə Əbdülxaliq Yusif
Hər kim cahanda ləblərinin oldu şaiqi, Kəşf eylədi nəkatü rümuzü dəqaiqi. Dil bağlayan iradət ilə qeydi-zülfünə, Qət eylədi cəmiyi-qiyudü əlayiqi. Zülfün çıxartdı rayihəsi mişki yaddən, Mənsux qıldi ləli-ləbin şəhdi-naiqi. Saldı cahanə fitnəvü aşub gözlərin, Əbrulərin keçirtdi qılıncdan xəlayiqi. Gəh dağə saldı, gah girib bağə bağladı Ləlin dəhani qönçəni, çeşmin şəqaiqi. Şanə dəyəndə zülfünə könlüm olur xərab, Zülfünlə könlümün budu var aşinaliqi. Yusif üzari-alın ilən məhcəmalının Bir kəmtərin qulamıdı, gər olsa layiqi.
·
41 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.