Gönderi

704 syf.
10/10 puan verdi
·
Beğendi
·
170 günde okudu
"Tənbəl bir adamdan bəhs edən" kitab olaraq dəfələrlə qarşıma çıxan bu kitaba başlamağı uzun müddət təxirə saldım. Aylarla kitabxanamda gözlədi. Amma indi kitabı bitirdiyim bu anda niyə əvvəldən oxumadım deyə özümü danlayıram. Demək olar ki, bu kitab haqqında gördüyüm bütün şərhlərdə Oblomov "tənbəl" kimi adlandırılır. Mənsə onu sadəcə "bu dünyanın insanı deyildi" kimi qiymətləndirəcəm. Bu kitabı oxuyarkan bir çox səhifəsində göz yaşları axıtdım. Amma ən çox ürəyimi ağrıdan hissə Olqanın Şloltsa bir zamanlar Oblomovu sevdiyini etiraf etdiyi zaman Şlotsun "Ola bilməz" deyib təəccüblənməsi, Oblomovu sevilə biləcək bir insan olaraq görməməsi idi. Baxmayaraq ki, Şlolts onun ən çox dəyər verdiyi, ən çox güvəndiyi dostu idi. Ah İlyam bu dünyada səni heç kim anlamadı.
Oblomov
Oblomovİvan Gonçarov · Qanun Nəşriyyatı · 201439,8bin okunma
·
90 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.