Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Həyat... Hamı ömrünün, həyatının çox qısa olduğundan gileylənsə də, həmişə illəri tələsdirir. Uşaq ikən tez böyüməyi, məktəb xucuları həyata oxuyarkən tez bitirib arzuladığı işə başlamağı, işləyərkən tez mənsəbə çatmağı, nəhayətdə isə təqaüdə çıxmağı fikirləşir. Həyatın mahiyyəti belə primitiv şeylərlə məhdudlaşa bilməz. Ölüm... Hər insanda əkiz hisslər mövcuddur. Onlardan biri də hə- yat eşqi ilə ölüm qorxusudur. İnsan var, həyatda ola-ola ölü kimidir, insan da var cismən ölsə də, həmişə insanların qəlbin- də var olur, yaşayır. Bu dünya bir bazara bənzəyir. İnsan ana rəhmindən bu bazara gəlir və kəfən alaraq məzara qayıdır... Sevgi... Sevgi insanı kimyagər edə bilir. Belə şəxs qəlbindən şəfqət, hörmət, həsrət, səbr, peşmanlıq və əfv etmək kimi elementləri çıxarıb onları birləşdirərək sevgi adlı bir atom yaradır. Sevgi bəzilərinin ağlını alır, bəzilərinə isə ağıl verir... Günəş olmasa təbiət məhv olduğu kimi, sevgi də olmasa bəşər məhv olar... Nifrət... Nifrət bəslədiyin şəxsə qarşı gözlərin kor olur. O, sənə yaxşılıq da etsə gözün onu görmür. Üst-üstə yığılmış nifrət və kindən qəzəb yaranır ki, o da harada əkilsə, yerində peşmançılıq bitir. Sən... Mən səndə həyat tapdım, sənsizlik ölüm sayılır. Sevgi dedikdə sən, nifrət dedikdə sənsizlik...
·
136 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.