Gönderi

Aprel döyüşləri
İndiki kimi yadımdadır.2 aprel şənbə günü idi.8-ci sinifdə oxuyurdum.O vaxtı bizdə şənbə günüdə dərs olurdu.Axşamdan çantamızı,dərslərimizi hazırlayıb,səhəri dərsə getmək üçün səbrsizliklə yatdıq.Amma axşam eşitdiyimiz o səslər,atama dayanmadan gələn zənglər,atamın yuxulu-yuxulu zəngləri açıb sonradan müharibə başladığı xəbərini deməsi,əsgərlərin atama zəng edib:-"Dayı təkik nolar gəl yanımıza" demələri... Atam həmin günü bizi evdə qoyub getdi.Səbəbində soruçanda:-"Ordakılarda mənim balamdı axı,onlarında yanında olmalıyam" dedi.Atam hələ evdən çıxmamış qonşuların yavaş-yavaş qəsəbədən çıxdıqların görəndə,hərbiçi övladı olmaq nə deməkdir çox yaxşı anladım.Səhəri diri gözlü açdıq.Qonşumuzda bir qoca kişi var idi.Məhləmizin ağsaqqalı rəhmətlik Qurban kişi.Onlar səhər evdən çıxmağa hazırlaşanda bizə yaxınlaşıb:-"Gəlin bizlə gedək maşında yer var"dedilər,biz isə ağlayaraq atamızı gözlədiyimizi dedik.Baba ağlaya-ağlaya atama zəng edib:-"Xanı,bala mən evdən çıxıram amma uşaqları burda qoyub gedə bilmərəm,deyirəm gedək,deyirlər atamızı gözləyirik" dedi.Atamda: "Siz gedin,yoldayam gəlirəm" dedi.Gəlirəm sözünə nətər sevinmişdik bir bilsəz.Nəhayət atam gəlib çıxdı.Sanki müharibə deyil,çöldə dünya dağılmır kimi,rahatca gəlib evə keçdi.Yemək hazırlayın yeyim dedi.Tez olsun deyə anam yumurta bişirdi.Heç bəlkədə o yumurtanı nətər yedi özüdə bilmədi.Bitirəndən sonra üzümüzə baxıb "çıxmaq istəyirsiniz evdən?"dedi.Bizdə sakitcə başımızı salladıq.Gülərək"səy uşağı nədən qorxursunuz,siz mənim balalarımızsınızey"dedi.Amma nəhayət bizi evdən çıxardı.Çox uzağa apardı desəm yalan olar.Qonşu kənd Üçoğlana,rəhmətlik babamın evinə apardı.Bizi onlara,onlarıda Allaha əmanət edib,görüşüb kənddən çıxdı.2 günü orda keçirdik.Aprelin 5i atamın doğum günü idi deyə şirniyyat falan bişirib guya səhəri atam gələndə ona verəcəkdik ki,cəbhəyə,əsgələrə aparsın.Amma həmin o dəhşətli səs.Evin üstünə sanki nələrsə töküldü.Səslərdən adamın qulağı batırdı.Hazırladığımız şirniyyat eləcənə ortalıqda qaldı.Uje evdən çıxırdıq ki,babamgilin darvazalarının başındakı şalmanın işığı keçdi.Güc bir bəlayla kənddən çıxdıq.Yenə çox uzağa getmədik.Babamın maması oğlugilə,Ağcəbədinin Poladlı kəndinə getdik.Orda da səslər azacıqda olsa eşidilirdi.Bir müddət qaldıqdan sonra Gəncəyə getdik.Müharibə bitənə kimi orda qaldıq.Bizim üçün hər şey o qədər çətin oldu ki.Kəndə qayıdanda yol boyu fikirləşirdimki,indi hər tərəf dağılıb,evlər yanıb.Çox şükür elədə böyük zərbələr yox idi.Babamgilin böyük bir bağçası var hündür ağaclarla dolu.Bir gün bağçada gəzəndə ağacın birinə dəymiş dəmir parçası gördük.Onda xatırladıqki biz kənddən çıxan günü olub. Qısa da olsa anladınız yəqin ki,hərbiçi olmaq,ən əsasıda hərbiçi övladı olmaq nə dərəcədə qorxuludur.Atam həmin gün neçə dostunu,silahdaşını Şəhid verdi.Hər il sevinclə qarşıladığımız aprel ayını ondan sonra heç gülər üzlə qarşılamadıq.Hər an yenə nəsə olar deyə qorxu içində yaşadıq.Əvvəldə dediyim kimi aprel ayının 5i atamın doğum günüdür.Ancaq atam döyüşlərdən sonra bir daha doğum günün keçirmədi.İllər,qərinələr keçsə belə Aprel ayı,ailəlikcə hər zaman xatirəmizdə ən hüzünlü ay kimi qalacaq... Yazar:Əhmədova Əfruzə
Düşünce
··2 alıntı·
2 +1'leme
·
1.278 Gösterim
4 Yorum
Lütfen giriş yapınız.
🥀