Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

756 syf.
3/10 puan verdi
·
6 günde okudu
Anasteyşa Stil və Kristian Qreyin münasibətləri davam edir, ilk kitaba görə bu dəfə Kristianın daxili dünyası oxucuya daha geniş şəkildə bəlli olur. Onun ruhi çöküşü, kiçik bir uşağa çevrilməsi onun dəyişdiyinin göstəricisi idi. Bu dəfə Qəhrəmanlarımız hər ikisi erotik münasibətlərdəm savayı bir-birlərini sevirlər və bu məsələni 1 səviyyə daha yuxarıya keçirmək qərarı alırlar, önlərinə çıxan əngəlləri yardımlaşaraq dəf etməyə çalışırlar. Qreyin qısqanclığı, Ananı içdən-içə sahiblənməsi əksər hallarda Anasteyşanı narahat etsədə bəzən bu durumdan məmnunluğunu da gizlətmir. Lakin müəllif 300 səhifə ilə rahat bir şəkildə danışa biləcəyi hadisələri 700 səhifədə gərəksiz yerə uzadıb. Bir kitabın bestseller olması onun möhtəşəm olması anlamına gəlməməlidir heç bir şəkildə. Araşdırma aparmaq lazımdır ki, əksər oxucular hansı kateqoriyalardan olan şəxslərdir. Fərdlərin zövqləridir, özləri bilərlər, bu seriyanın da sevməyənləri olduğu kimi sevənləridə bir xeyli çoxdur. Bəzi ehtiraslı, fantaziyalı, cuşə gətirən seks səhnələrində maraq və həvəs duydum deyə bilərəm, amma bu da normadan çox olduğu üçün oxucu az qala iyrənir. Dialoqlar məişət səviyyəsindən ötəyə keçmir. Bu qəbildən olan və içində tarix, psixologiya kimi sahələri ehtiva edən daha səviyyəli romanlar oxumuşam. 700 səhifəlik bir söz yığnağı oxumaq istəyirsinizsə buyrun oxuyun. Mən isə bura qədər gəldiyim üçün, üçüncü kitabıda oxumalı olacam.
Zülmətin Əlli Çaları
Zülmətin Əlli ÇalarıE. L. James · Qanun Nəşriyyatı · 20146,1bin okunma
·
690 görüntüleme
Kushvar Shukurova okurunun profil resmi
Bu kitabın üç seriyadan ibarət filminə baxmışam. Çox bəyənməmişdim filmi. Normal idi filmi
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.