Gönderi

Həyatda ən başlıca şey nədir? Aclıq həddində yaşayan hər hansı adamdan bu sualı soruşsaq, cavab verər ki, yemək. Soyuqdan ölməkdə olan adam deyər - istilik. Bu sualı təcrid olunmuş bir yerdə tənha ömür sürən birisindən soruşsaq, yəqin ki, cavab insanlar arasında, başqalarıyla birgə yaşamaq olacaq. Bəs bu zəruri ehtiyaclar ödəndikdən sonra, elə bir şey olacaqmı ki, ona hər kəsin, hamının ehtiyacı var? Filosofların fikrincə, hə! Onlar inanır ki, insan təkcə çörəklə yaşaya bilməz. Əlbəttə, qida hamıya lazımdır. Sevgi və şəfqət də. Lakin burada başqa bir şey də var, elə bir şey ki, onu anlamağa hamının ehtiyacı var: biz kimik və niyə buradayıq.
·
52 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.