Puan vermedi·88 syf.····Okunma: 01 Nisan 2024 21:04 "Pek çok şeyin farklı olmasını isterdim" deyir Kafka'm...Bunlardan biri və ən əsası da yəqin ki,atasıyla olan münasibəti idi.
"Babaya Mektup" kitabını yazanda o 36 yaşında olub.Bu yaşdakı biri ikinci dəfə evlənmək istəyir və atası onunla qətiyyən razılaşmır.Məhz buna görə də Kafka özünü izah etmək üçün atasına məktub (yəni kitabı) yazıb.Bəli doğru oxumusunuz,36 yaşındakı biri atasından həyatıyla bağlı qərar vermək üçün icazə istəyir...
Kafkanın atası kasıb ailədən olub.Lakin öz əməyi hesabına müəyyən müddət sonra vəziyyəti yaxşılaşıb.Xaraktercə sərt,zəhmli,kobud və güclü biri olan Herman Kafka ailəsindəki stereotipləri qırmağı bacarmayan biri olub.Başqa sözlə desək öz atası nə idisə də,Herman Kafka da eynilə onun kimi olub.Və oğlu Franz Kafkanın da özünə bənzəməyini istəyib.Bu Franz Kafkanın həm ən böyük arzusu olub,həmdə ən böyük qorxusu...
Herman Kafka "denetim odaklı korku kültürü" mühitində böyüyüb.Yüksək ehtimalla ona bir fərd,bir şəxsiyyət kimi yanaşılmayıb.Düşüncələri nəzərə alınmayıb,nə istədiyini heç kim soruşmayıb.Azad şəkildə qərar vermək,hərəkət etmək hüququ olmayıb.Onun sevilmə şəkli döyülmək olub bəlkə də...Ona görə də Herman Kafa sevgi nədir bilməyib...Və nə görübsə necə deyərlər onu da götürüb.Hələ üstəlik bir oğluna da ötürməyə çalışıb.
Düzdür Herman Kafka oğluna heç vaxt əl qaldırmayıb.Amma psixoloji olaraq şiddət göstərib desəm yanılmış olmaram yəqin ki.Bir uşağı sevgisiz böyütmək ona verilə biləcək ən böyük cəzadır."Bir çocuğun ruhunu öldürmek de cinayettir" nəticədə :)
Üstəlik Herman Kafka oğlunu demək olar ki,heç bir mövzuda dəstəkləməyib(özü qərar verdiyi mövzular istisna olmaqla).Kafkanın həyatını atası idarə edirdi,Kafkaya qalan da onun üçün biçilmiş paltarı geyinmək idi...Onu da qeyd edim ki,Herman Kafka təkcə oğluna yox,yoldaşına və ətrafına qarşı da bu cür idi.Eqoist,özünü mərkəzdə tutmağı sevən,və hər mövzuda doğru deyən "narsist" tiplərdən idi mənə görə...
Franz Kafkanın anası qəlbimin ən incə tellərini titrətdi deyə bilərəm.Yoldaşının sərt xarakterinə görə səsini çıxara bilməyən bir qadın və oğlunu çox sevən bir ana...İkisini eyni anda həyata keçirmək o qədər çətindir ki...Oğlu və yoldaşı arasında körpü rolu oynamaq istəyərkən özünü fəda edirdi.İkisindən birini seçmək məcburiyyətindənsə,fədakarlığın daha yaxşı olduğunu düşünən bir qadın.Başqalarının şans dediyi şey onun üçün seçim cildindəki məcburiyyətdən ibarət idi...
Ah Kafka'm...Hər cümləndə,hər sətirində səninlə birgə kədərləndim.Səninlə birgə o sevgisizliyi iliklərimə qədər hiss etdim.Səninlə birgə özümü izah etməyə çalışıb,sonra "onsuzda anlamayacaq nə mənası var?" dedim...Səninlə birgə məktub yazıb,veriləcək cavabları təxmin ettim.Hər sətirdə yeni bir ümid yaradıb,sonrakı səhifələrdə onu yox ettim.Səninlə birlikdə dünyadan qopdum,özüm üçün dünya yaradıb divarları arasında həbs oldum.Atanın səni çıxaracağını düşünərək açıq qoyduğun o qalanın qapısını bağlayanda məndə səninlə birlikdə ağladım.Və yenə səninlə birlikdə ruhumu yazdığın kitabın sətirlərində möhürlədim
Bu kitab Kafkanın bioqrafiyasıdır desəm yanılmaram.Gerçək Kafka özünü bu kitabın sətirlərində əks etdirib.Ayrıca bunu oxuduqdan sonra "Dönüşüm" əsəri çox çox daha mənalı gəlməyə başladı.Oxuyun,oxudurun