Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Demək, azadlıq elə bu demək imiş? Ayaqlarımın altında şəhərə doğru hüznlə uzanıb gedən bağlar və onların hər birində ucalan bir ev görünür. Ağır, hərəkətsiz dənizi, onun sahilindəki Buvili görürəm. Gözəl bir hava var. Mən azadam: həyatımda artıq heç bir məna yoxdur. O şeylər ki, onların naminə yaşamağı sınamışdım, hamısı uçulub-dağıldı, başqa yeni bir şey düşünməyi isə bacarmıram. Mən hələ gəncəm, hər şeyi yenidən başlamaq üçün yetərincə gücüm vardır. Ancaq nəyi başlamalı? Yalnız indi anlayıram ki, mənim duyduğum qorxu- ların, ürəkbulanma böhranlarının ən kəskin olduğu çağlarda-Anni- nin məni xilas edəcəyinə ümid edirmişəm. Mənim keçmişim ölüb, markiz de Rolbon öldü, Anni isə yalnız ona görə qayıtmışdı ki, məndən bütün ümidlərimi alıb aparsın. Mən bu ağ, bağlara bürün- müş küçələrdə təkəm. Tək və azadam. Ancaq bu azadlıq bir azca ölümü də xatırladır
Sayfa 239Kitabı okudu
·
11 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.