Gönderi

Kiçik yaşlarımda öyrətdilər mənə - dizim qanadıqda nə etmək lazım olduğunu. Dişlərimi gündə 2 dəfə fırçalamağımı, saçlarımı daramağımı, yeməkdən öncə əllərimi yumağımı, qabında yemək saxlamamağımı. Çox gec yatmamağı, səhərlər tez durmağı. Bütün qaydaları öyrəndim. Lakin böyüdükcə anladım ki, bəzən bizə öyrədilən qaydalar kifayət etmir. Böyüdükcə dizimdən daha dərin yaralar aldım, yemək yeməyəcək hallara düşdüm, gündə iki dəfə dişlərimi fırçaladıqda beynimdə mənə əzab verən cavabsız sualları yuyub apara bilməyəcəyimi anladım. Bəzi gecələr sadəcə bəziləri üzündən yatmamağımı, bəzi səhərlərin sadəcə açılmamağını istədiyimi dərk etdim...
·
30 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.