Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

544 syf.
8/10 puan verdi
·
Beğendi
Elmi-fantastika janrının atası
Jül Vern çox sevdiyim yazıçılardan biridir. Bir çox tanınmış əsərlərini çox bəyənərək və maraqla oxumuşam. "20 000 lyö su altı ilə" əsərini də təzəlikcə oxuyub bitirdim. Bir çoxunda olduğu kimi bu əsərində də dəniz macəralarından bəhs edilirdi. Əsərdə ziddiyət dənizdə naməlum bir varlığın peyda olması ilə başlayır. Bu varlığ dənizçilər və insanlar arasında böyük qorxu yaradır və hər kəs onun nə ola biləcəyi ilə bağlı fərziyyələr iləri sürür. Həmçinin bu barədə fikirlərini söyləmək tanınmış elm adamı Aronaksa da təklif edilir. Hadisələrin gedişatında isə bu varlığı araşdırmaq üçün ekspedisiya təşkil edilir. Aronaks da öz ən yaxın adamı ilə birlikdə bu səyahətə qatılır. Daha sonra onlar təsəvvür edə bilməyəcəkləri hadisələrə şahid olurlar. Jül Vernin əsərlərinin qəhrəmanı Kapitan Nemo ilə tanış olurlar, onun sualtı gəmisində yaşamağa başlayırlar. Əslində "Kapitan Qrantın uşaqları", "Sirli ada" kimi əsərlərlə müqayisə etdikdə bu əsər daha geri qalır deyə düşünürəm. Amma Jül Vern bu əsərində də insanın xəyal dünyasına toxumağı, fərqli bir dünyanın qapılarını üzümüzə açmağı böyük bir ustalıqla bacarıb. Həmçinin əsərdə adı çəkilən sualtı gəmi "Natalius" tipli gəmilər günümüzdə mövcüddur. Hətta almanlar gəmilərdən birinə bu adı veribmiş. Bunlar hələ avtomobilin belə kəşf edilmədiyi dövrlərdə yazıçının dahiliyini, geniş xəyal dünyasını sübut edir. Jül Vern haqqında bir video linki də paylaşıram. Maraqlananlar baxa bilər: youtu.be/Sthla32UGAE?fea...
20000 Lyö Su Altı İlə
20000 Lyö Su Altı İləJules Verne · Qanun Nəşriyyatı · 06,2bin okunma
·
120 görüntüleme
Ali Mammadli okurunun profil resmi
Bu fikrinizə qatılıram. Lakin elmi-fantastikanın ilk nümunəsini + qorxu janrının ilk örnəyini Mary Shelley yaradıb. “Frankenşeyn və ya Müasir Prometey” . Anası isə bu xanımdır)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.