Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Yâr Kasidi
Sən yarımın qasidisən, Əylən, sənə çay demişəm. Xəyalını göndəribdi, Bəs ki, mən ah-vay demişəm. Ax! Gecələr yatmamışam, Mən sənə lay-lay demişəm. Sən yatalı, mən gözümə Ulduzları say demişəm. Hər kəs sənə ulduz deyə, Özüm sənə ay demişəm. Səndən sonra həyatə mən, Şirindisə, zay demişəm. Hər gözəldən bir gül alıb, Sən gözələ pay demişəm. Sənin gün tək batmağıvi, Ay batana tay demişəm. İndi yaya qış deyirəm, Sabiq qışa yay demişəm. Gah toyuvu yadə salıb, Mən dəli nay-nay demişəm. Sonra yenə yasa batıb, Ağları hay-hay demişəm. Ətək dolu dərya kimi, Göz yaşıma çay demişəm. Ömür sürən mən qarə gün Ax demişəm, vay demişəm. Muhammed Hüseyin Şehriyar
·
72 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.