Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

184 syf.
10/10 puan verdi
·
Beğendi
3-ü 1-də :)
Astrid Lindqren uşaq-fantastika janrında sevdiyim yazıçılardan biri olub. Hər bir əsərini maraqla bitirmişəm. Bu kitablar haqqında incələmə yazarkən sanki əvvəlki günlərimə geri qayıdıram. Hər birinin məndə oyatdığı duyğular olduqca fərqlidir. Ístədim ki, Lindqren yaradıcılığı, əsərləri haqqında bir incələmədə fikirlərimi bölüşüm. "Quldur qızı Roni" haqqında isə ayrı incələmə yazmışdım, onu da oxuya bilərsiniz. Əvvəlcə qeyd edim ki, kitablar nağıl tərzindədir, real olmayan hadisələr əsasında formalaşıb. "Mio, Mənim Miom" əsəri dünyalı sadə bir uşağın əslində bir kralın oğlu olduğunu öyrənməsi və krallığını düşməndən qorumaq üçün apardığı mübarizələrdən, "Uzuncorab Peppi" hər kəsə qeyri-adi gələn və özü kimi qeyri-adi corabları olan Peppi adlı qızcığazın sərgüzəştlərindən, "Quldur qızı Roni" iki quldur dəstəsinin arasında yaranan dava-dalaşlar və sonda sevginin qalib gəlməsindən, "Balaca və Karlson" da isə Karlson adlı "uçan bir kişi"dən, onun balaca oğlanla dostluğundan danışılır Hər kitabda baş qəhrəmanın macəraları, düşüncələri, xarakteri və dünyası fərqlidir. Hər birinin ayrı bir həyat hekayəsi var ki, onları oxuduqca həm əylənmək həm də çox şey öyrənmək olar: Miodan cəsurluğu, Ronidən mərhəməti, Peppidən xoşbəxtliyi, Karlsondan da hər halda aləmi bir-birinə qatmağı...Bu onların hər birini əvəzsiz. Mən uşaqlığımı bu cür "dostlarla" keçirdiyimə görə çox sevinirəm. Və bunun dəyərini, gözəlliyini indi tam anlayıram. Daha çox uşaqlara aid olmasına baxmayaraq o qədər maraqlıdır ki, sizdə oxusanız məncə heç bir şey itirməyəcəksiniz. Mən özüm də bu əsərləri yenidən oxumaq barədə fikirləşirəm. Bəzən yorucu, düşündürücü kitabların arasına bu cür kiçik həcmli, maraqlı kitablar da sıxışdırmaq lazımdır deyə düşünürəm. Bu qədər, gecəniz xeyrə qalsın!
Mio Benim Mio'm
Mio Benim Mio'mAstrid Lindgren · Pegasus · 201843 okunma
·
152 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.