Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

128 syf.
9/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Bəs siz görünməz olmaq istəyərdiniz?
Hər birimiz 1 dəfə belə olsa "Görəsən görünməz olsam nə olardı?" deyə fikirləşmişik məncə. Və ya görünməzlik hər birimizə maraqlı və bir o qədər uzaq olan anlayışdır. Herbert Corc Uells elmi-fantastika janrına böyük töhfələr vermiş ingilis yazıçısıdır. Bir neçə əsərini oxumuşam və bunların arasında ən sevdiyim "Görünməz Adam"dır deyə bilərəm. Hələ mən ibtidai sinifdə oxuyarkən, dərslikdə bu əsərdən bir hissə verilmişdi. Həmin vaxtlar demək olar, bədii kitab çox az oxuyurdum. Bu əsər diqqətimi çox çəkmişdi, sonu məni çox maraqlandırırdı. Həmin gün öz-özümə dedim ki, bu yazıçının adını yadımda saxlayım, bir gün mütləq bu kitabı oxuyacam. Və sonra bir gün təsadüfən qarşıma çıxdı. Xatırladım və alıb oxumağa başladım. Əsərdə yazıçı görünməzliyin həm müsbət həm də mənfi keyfiyyətlərini oxucuya çatdırmağa çalışıb və buna ustalıqla nail olub. Adı Qriffin olan gənc alim bir gün görünməzliyin formulunu kəşf edir və görünməz olur. Daha sonra yaşadığı kənddə görünməzlik ucbatından qarşılaşdığı çətinliklərdən, görünməzlikdən qurtulmaq üçün sərf etdiyi çabalardan bəhs olunur. Kitabda belə bir səhnə var idi ki, Görünməz Adam qarlı yolla gedir. Qar olduğuna görə də küçədə ayaq izləri qalır. Bu insanların diqqətini çəkir və hamı təlaşlanır. Uşaq ağlımla bu səhnə məni çox qorxudurdu. Əslində indi də təsəvvür edəndə qəribə gəlir :D Kitabın tam versiyası da var. Mən uşaqlar üçün olan ixtisarlı formasını oxumuşdum. Fürsət olsa onu da oxumaq istəyərdim. Çünki çox maraqlı, axıcı əsərdi. Qətiyyən vaxt itkisi deyil... Buraya qədər oxuyanlara təşəkkür edirəm. Xoş mütaliələr!
Görünməz Adam
Görünməz AdamH. G. Wells · Altun Kitab · 20147,8bin okunma
·
1 artı 1'leme
·
239 görüntüleme
aliyva.n okurunun profil resmi
Görünməz ola bilmək istəyərdim mən amma kitabda olduğu kimi yox. Yəni istədiyim vaxt yenidən görünə bilim. Olsam əgər nə edəcəyimi fikirləşməmişəm heç amma faydalı iş görməyəcəyim mütləqdir jsjsgdhsjwjz
Sənan okurunun profil resmi
Maraqlı kitabdır oxumuşam.Dava yeri lap əladı😃👍
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.