Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Aldanış
Bizim cəmiyyət kiçik yaşlarından başlayaraq aldadıla-aldadıla böyüdülür.Azərbaycan insanı lap balaca olanda "Ağlama həkim iynə vuracaq","Orda "xoxan" var" getmə" kimi ağ yalana bənzəyən təhdidlərlə üzləşir.Və bir müddət Allah "baba"ya dua edir.Sonra Allahın baba olmadığını eşidir,öyrənir ki Allahın cinsi yoxdur.Sonra gedir məktəbə,orda öyrədirlər ki,siz qardaş-bacısınız.Yeniyetməlik dövrünə çatanda adətən sinif yoldaşını sevir,görür ki,bu da deyildiyi kimi deyil.Sonra başlayır ali məktəbə hazırlaşmağa,deyirlər ki,orda dərs az olur,kef edəcəksiniz.Ora girir görür ki, bu da səhvdi.Universitetdə deyirlər ki,öyrəndiyiniz ana dili səhvdi,ana dilini bilmirsiniz.Və bu qədər aldananda fərd artıq heç kəsə inanmır,özü də istəmədən yalan danışmağa başlayır (Xəqani)
··
66 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.