Gönderi

Rəhman çarpayının qırağında əyləşib Diləfruzu yanına çağırdı. O, başını silkələyib “yox” dedi. Ancaq gözləri bic-bic güldü. Rəhman ayağa qalxdı. Diləfruzun belindən tutub özünə tərəf çəkdi. Diləfruz ağır gövdəsini çarpayıya yıxanda, döşəyin altından cingiltini xatırladan boğuq bir səs gəldi. Bu, bayaq arvadın gizlətdiyi şəkil idi. Sanki o mərhum, günahsız kişi Diləfruzdan sonuncu şikayətini də edib susdu...
·
74 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.