Gönderi

Əbədi kim var ki, hamı qonaqdı Nə həsrətə əyil, nə qəmə əyil Nə olsun sonuncu dayanacaqdı, Qatar axrıncı qatar ki deyil. Demə ki, o getdi yol çəkir gözüm, Demə ki, xoşbəxtlik geri qalandı. Ağrı bir tərəfli olmur, əzizim, Elə unudan da unudulandı. Üfür ürəyinin yanğısını soyut, Bu cavan bu gözəl ömrünə qıyma. Onu bu gün unut lap indi unut Bu günün işini sabaha qoyma Güvən inadına, güvən ağlına, Bir azca toparlan düzələcəksən. Kürək söykəməyin nə faydası var Ayağın torpaqdan üzüləcəksə. Səni unudana könül bağlama Darıxma döyəcək qapını kimsə Gedənin dalınca baxıb ağlama Gedənin dalınca baxıb gülümsə. ~Firdovsi Rəsul
·
94 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.