Gönderi

Bəlkə, son baharda sarı xəzələ Dönən yarpaqlara baxıb, yanırıq. Meşələr yenidən səslənsə belə, Acı bir itkini yenə anırıq. Bəlkə də, təzədən canlanıb gülən Bu dünya mülkünə uyaraq, həmən Ölümə yaxlaşır ömrün illəri, O illər qayıdan deyildir geri. Bəlkə şairanə röyalarda biz Axtarıb gəzirik başqa bir bahar, - Keçmişə aparır bizi arzular, Bir döyüntü qopur ürəyimizdən. Keçir könlümüzdən uzaq bir diyar, Onun xoş gecəsi ay işığı var.
Yevgeni Onegin
Yevgeni Onegin
·
1 artı 1'leme
·
92 görüntüleme
Narın okurunun profil resmi
🍂❤️‍🩹
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.