Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Balaca Şahzadə
Bəzi kitablar vardır,əvəzi olmayan,yeri dolmayan və hətta demək olar ki,həyatımızın bir parçası halına çevrilə bilən kitablar... Mənim üçün o kitab "Balaca Şahzadə"dir,çünki kitabla həyat şüarım eynidir və əsərdə özümü tapdığımı hiss edirəm.Hələ də bəzi insanlar onu sadəcə uşaq kitabı kimi qələmə versələr də,orada böyüklərin belə anlamadığı metaforlar,alt mətnlər,göndərmələr vardır ki,əsəri özəl edənlərdən biri də budur.Fikrimcə hər uşağın oxuduğu ilk kitab olmalıdır və böyüdükcə təkrar oxunmalıdır ki,həm unudulmasın,həm də daha yaxşı başa düşülsün,çünki hər dəfə oxuyanda yeni nəsə öyrənmiş olacağıq.Əsər bizə nə öyrədəcək,nə demək istəyir deyə soruşacaq olsanız,cavabım "unutmamaq" olardı.Sadiqlik,dostluq,qayğı,yaxşılıq, mərhəmət,saflıq,sadəlik və daha nə qədər dəyərli anlayışları unutmamağı və qorumağı öyrədir.Böyüdüyümüzü zənn edirik,ancaq itirdiklərimizlə sanki ruhumuz kiçilir və daralır.İçimizdəki uşağı yaşatmaq,səsini dinləmək lazım olduğunu aşılayır.Düşünürəm ki,o şahzadə hamının qəlbindədir,önəmli olan dinləməkdir sadəcə,bunu vicdanımızın səsi olaraq da düşünə bilərsiniz.Əminəm ki,oxusanız,yəni içdənliklə oxusanız peşman olmayacağınız,səvəcəyiniz bir kitab olacaqdır.
·
18 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.