10/10
·320 syf.··
2024 16. kitabı
Bu, Elxan Elatlının oxuduğum 4-cü kitabıdır. Və digər 3 kitab kimi, bunun da mükəmməl olduğunu əminliklə söyləyə bilərəm. Roman o qədər axıcıdır ki, nə vaxt başlayıb nə vaxt qurtardığını hiss etmədim belə. Məncə, kitab sona qədər maraqlı davam edir. Çox bəyəndim,və tövsiyə edirəm. Mövzusuna gəlsək, kitab Qasımlının telefon dostu olan Humayın ölüm xəbəri ilə oyanması ilə başlayır. Bu qızın gözündəki kədəri görmüş olan Qasımlı ona vaxtında kömək əlini uzatmadığına görə vicdan əzabı çəkir. Buna baxmayaraq, polkovnik qatili tapmaqda qərarlıdır. Qırmızı plaşlı qadın kimdir? Mədətov həmin gün niyə oraya gəlmişdi? Qasımlının gördüyü izləri görəndə niyə dinmədi? Və ən əsası, niyə Qasımlını izlədirdi? Hekayənin gedişatında bu suallar bir-bir öz cavabını tapır. Həmçinin kitabda obrazların həyat hekayələrinə də toxunulur, bu sayədə biz hər bir obrazla yaxından tanış oluruq. Bir sözlə,oxusanız peşman olmayacaqsınız. Görünməyən İzlər Elhan Elatlı
Görünməyən İzlərElhan Elatlı · İdeal Print · 2010610 okunma
·
211 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.