Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

104 syf.
10/10 puan verdi
·
Beğendi
Kitab haqqında fikirlərimi  necə və hansı formada ifadə edəcəyimi bilmirəm,  o qədər çox təəssüratlarım var ki, oxuyarkən heç bitməsini istəmirdim, hadisələr o qədər marağla gedirdi ki, kitabı əlimdən yerə qoymadan bir nəfəsə oxuyub bitirdim.. Yazar ayrılıqla bitən bir sevgi hekayəsini, sevginin məsumluğunu çox mükəmməl şəkildə qələmə alıb..   Bu Günel və Raminin  məktəbdən başlayan gözəl, saf, hətta sadəlövh sevgi hekayəsidir.. Onlar ülvi bir hisslə sevir və zamanla özlərini böyük ölçüdə,  bütün varlıqlarını  əhatə edən bir sevginin içində tapırlar... Amma bəzən qürur , bəzən istə ətirafımzdakı insanlar və valdeyin'lərimiz sevənlərin qovuşmasına imkan vermirlər... Amma bilmirlər ki, sevənlər ayrılınca vəziyyət duyğu olaraq çox çətinə çevrilir.  Ramin sükutu ilə Günelin həyatın daha da çətin vəziyyətə gətirir, onların ayrılmasına səbəb olan hadisə ilə bağlı  Ramini heç bağışlaya bilmədim, özün ifadə etsəydi kaş səssiz getməsəydi..:( Günel  ilə kədərləndim, Günel ilə uşaqlaşdım, mənim üçün Günel saflığın, xoş niyyətin, gözəl əxlaqın, sonsuz enerjinin,  həyatdakı bütün duyğuların təcəssümü idi. Amma bunlara baxmayaraq  Ramin onu çox çıxılmazlar içində, qərarlar içində tək başına buraxır, Günel çətin olsada bu vəziyyətdən çıxır, sonra isə Ramin bir ömür öz səhvinə görə sükut içində qalır, artıq kaşki'lərində heç bir mənası olmur,  hər iki obraza ürəyim ağrıdı.. Cahid obrazına isə sadəcə çox təəssüf etdim, insan bir məktəbdə oxuduğu, böydüyü dostunun, xoşbəxtliyinə necə mane olacaq insanlardan biri oldu, axı dost belə olmamalıdır.. Amma həqiqətəndə yaxın, dost bildiyimiz insanlardan zərbə almaq çox üzücü haldır və bu çox insanın başına gələn haldır.. Məncə bu əsəri gənclərimiz oxumalıdır, bu əsər onların gənc yaşda qərarlarını sağlam verməyə kömək edəcək.. Öz ədəbiyyatımzdan  belə möhtəşəm əsər görəndə çox sevinirəm,   belə gözəl kitabı ərsəyə gətirdiyiniz üçün çox təşəkkür edirəm sizə...
Sənsizlik
SənsizlikGülər Səfərova · Qanun Nəşriyyatı · 20242 okunma
·
61 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.