Gönderi

Yaxşılıq
Yaxşı olma, yaxşılıqdan ötəri, Yaxşılıq et, qoy olmasın xəbəri. Ək, dünyada birə yüzdür səməri, Qızıl taxıl dənəsidir yaxşılıq, Kimə versən dönəsidir yaxşılıq. Yaxşılığa qoyulmayıb tərəzi, Yaxşılıq et, sil qəlbindən qərəzi. Böyüklükdə yoxdur onun əvəzi, Arşın ilə ölçülməyib yaxşılıq, Pislik ilə biçilməyib yaxşılıq. Pislik etmə, heç vaxt üzün ağ olmaz, Pislik edən yaxşı olmaz, sağ olmaz. Eşələrsən, dərə olar, dağ olmaz, Dərələri nurla doldur, yaxşılıq, Yaxşı olmaq çətin şeydir, yaxşılıq. Yaxşılıqla yola gətir hər pisi, Qızıl elə qara daşı, göy misi Al xəbisi, evyıxanı, nakəsi. Yurdumuza layiq elə, yaxşılıq, Yaxşı olmaq çətin şeydi, yaxşılıq. 🌿
Söhrab Tahir
Söhrab Tahir
·
3 artı 1'leme
·
325 görüntüleme
Nahid okurunun profil resmi
Elə gözəl birşeydi ki bu, insanın vicdanı hər daim rahat olur 🌿
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.