Gönderi

Böyük Səlcuq İmperiyası
Puan vermedi·321 syf.··
2024 4. kitabı
·
35 günde okudu
·
Okunma: 17 Nisan 2024 11:56
İlk olaraq kitabdan öncə özüm haqqında danışmaq istəyirəm, hansı ki mənə görə kitab oxuyucusa görə dəyər, qiymət qazanır. Məktəb illərindən universitetinin 1-ci kursuna qədər(daxil olmaqla) bir riyaziyyatçı kimi tarix dərsi ilə yola gedə bilməmişəm və belə deyək "2"dən başqa bir qiymət almamışam heç bir zaman. 7,8 səhifəlik birşeyi əzbərləmək, üstəlik mənə görə içində boş söz yığını olan şeyləri danışmaq cəlbedici gəlməyib. Təsərrüfat, maldarlıq falan filan eşidən kimi artıq mənim ürəyim üzülürdü. Hansı ki mən bunda müəllimləri də günahkar görürəm bu ayrıca öz yerində. Kitaba gəldiktə isə Səlcuqlu dövrünə olan maraqımdanmıdır yoxsa o dönəm adı çəkilən şəxsləri tanıdığımdanmıdır bilmirəm, lakin kitab həqiqətən diqqətimi çəkməyi bacara bildi. Tarixi mətn oxumağı sevməyən biri kimi, kitabın bütün səhifələrini heç sıxılmadan oxuyub bitirə bildim. Ən çox bəyəndiyim(kitabı alarkən də özəlliklə buna diqqət etdiyim) hər başlıqın sonunda ona uyğun biblioqrafiyanın verilməsi idi. Ümumi olaraq kitabı bəyəndim. Səlcuqlu dövrü ilə bağlı maraqlanan yaxud biliklərini artırmaq istəyənlər üçün gözəl bir seçim olacağına əminəm.
Tarih
Selçuklu Devri Türk TarihiMehmet Altay Köymen · Türk Tarih Kurumu Yayınları · 201969 okunma
·
533 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Tarix fənnində (ümumi tarix) sevərək oxuduğum və unutmadığım iki mövzudan biridir "Səlcuqlar".
Məhəmməd İmanov
Gönderi Sahibi
Vəfa Hafiz ola bilər, mən zatən başlıq olaraq nəzərdə tutmurdum. Azərbaycan torpaqlarına gəlişlərini işğal kimi qələmə verirlər paraqraf içərisində.