Gönderi

321 syf.
·
Not rated
·
Read in 35 days
Böyük Səlcuq İmperiyası
İlk olaraq kitabdan öncə özüm haqqında danışmaq istəyirəm, hansı ki mənə görə kitab oxuyucusa görə dəyər, qiymət qazanır. Məktəb illərindən universitetinin 1-ci kursuna qədər(daxil olmaqla) bir riyaziyyatçı kimi tarix dərsi ilə yola gedə bilməmişəm və belə deyək "2"dən başqa bir qiymət almamışam heç bir zaman. 7,8 səhifəlik birşeyi əzbərləmək, üstəlik mənə görə içində boş söz yığını olan şeyləri danışmaq cəlbedici gəlməyib. Təsərrüfat, maldarlıq falan filan eşidən kimi artıq mənim ürəyim üzülürdü. Hansı ki mən bunda müəllimləri də günahkar görürəm bu ayrıca öz yerində. Kitaba gəldiktə isə Səlcuqlu dövrünə olan maraqımdanmıdır yoxsa o dönəm adı çəkilən şəxsləri tanıdığımdanmıdır bilmirəm, lakin kitab həqiqətən diqqətimi çəkməyi bacara bildi. Tarixi mətn oxumağı sevməyən biri kimi, kitabın bütün səhifələrini heç sıxılmadan oxuyub bitirə bildim. Ən çox bəyəndiyim(kitabı alarkən də özəlliklə buna diqqət etdiyim) hər başlıqın sonunda ona uyğun biblioqrafiyanın verilməsi idi. Ümumi olaraq kitabı bəyəndim. Səlcuqlu dövrü ilə bağlı maraqlanan yaxud biliklərini artırmaq istəyənlər üçün gözəl bir seçim olacaqına əminəm.
Selçuklu Devri Türk Tarihi
Selçuklu Devri Türk TarihiMehmet Altay Köymen · Türk Tarih Kurumu Yayınları · 201956 okunma
·
446 views
Vəfa Hafiz okurunun profil resmi
Tarix fənnində (ümumi tarix) sevərək oxuduğum və unutmadığım iki mövzudan biridir "Səlcuqlar".
Məhəmməd okurunun profil resmi
Bizim tarix kitablarımızda "Səlcuqların Azərbaycanı işğal etməsi" kimi keçir, nədənsə bizim insanlarımız Səlcuqlunu yadırqayırlar… Dövlətin qübbəsinin 3 sütunu: Alp Arslan kimi komandir, Nizamü'l-Mülk kimi siyasət adamı və Gazzâlî kimi bir alim eyni anda yaşayıb, sevməmək nə mümkün?))
3 next answer
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.