Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

211 syf.
7/10 puan verdi
·
Beğendi
Bir həftədən çox olar ki, bu kitabı oxuyub bitirdim. Yalnız indi rəy bildirmək üçün şans düşdü əlimə. Demək, kitabda Con Maksvel Kutzee'nin 4 romanı yer alır: 1.Maykl K.-nın həyatı və zəmanəsi; 2.Rüsvayçılıq; 3.Barbarları gözləyərkən; 4.Gənclik. İçlərində ən çox bəyəndiyim roman "Maykl K.-nın həyatı və zəmanəsi" oldu. Kutzee romanında Mayklın dərisinin rəngi barəsində heç bir məlumat vermir. Oxucu onu qara dərili və yaxud ağ dərili kimi təsəvvür edə bilər. Romanda Maykl zahiri eybəcərliyinə görə cəmiyyətdən təcrid olunmuş şəxsdir. Kutzee'nin ideal qəhrəmanı cəmiyyətə qarşı çıxmır- o, sadəcə kənara çəkilir. O, adi insanı təsəvvürlərdən, tarixdən, mənəviyyatdan kənarda yaşayır. Romanın sonunda Maykl artıq tam insan deyil. O yemir, içmir, yuxu ilə bunların hamısını əvəz edir. Onu soxulcanlarla, həşəratlarla müqayisə edirlər. Kutzee'nin fikrincə, ən aşağı pillədə personajı tam azadlıq gözləyir, bu zaman onun simasında ilahiliyin, müqəddəsliyini əlamətləri daha aydın görünməyə başlayır. Fərdiliyini itirməklə, şəxsiyyət olmaqdan imtina etməklə insan azadlığa nail olur. Bu yazıçı üçün azadlıq bütün arzulardan, istəklərdən, bağlılıqlardan, abstrakt ideyalardan, eləcə də bədənin ehtiyaclarından arınmaqdır.
Michael K. Yaşamı ve Yaşadığı Dönem
Michael K. Yaşamı ve Yaşadığı DönemJ. M. Coetzee · Can Yayınları · 2018230 okunma
·
73 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.