Gönderi

112 syf.
7/10 puan verdi
·
1 saatte okudu
Stefan Zweig "Bir qadının həyatında iyirmi dörd saat". Novellanın baş qəhrəmanı qırx iki yaşlı bir qadın olsa da publist Missis K-nın obrazı ilə bütün qadınların daxili aləmini ifadə etmişdir. Qadınlar hər nə qədər adi, kövrək və zəif xarakterli sima bəxş etsələr belə onların daxilində cəsarət daim mövcuddur. Bu hissi isə az bir qism qadın gün üzünə çıxardıb yoluna davam etməyə nail ola bilir. Əlbəttə, bu cəsarət hər zaman xoşbəxtlik verəcək deyil, elə Misssis K-da yaşadığı hadisədən iyirmi ildən çox vaxt ötməsinə baxmayaraq, o, həmin hadisəni heç kimə danışa bilmirdi, ancaq bir gün izdirablarını dilə gətirərək, utancına və vicdan əzabına son qoymağa nail olur. Yaşadığı xəta özünü inkişaf etdirmək yolunda ona ən dəyərli dərs olur. İnsan da bu cürdür xəta etməlidir ki, özünü tam şəkildə inkişaf etdirə bilsin.
Bir qadının həyatından 24 saat
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0127,7bin okunma
18 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.