Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Əl-Bəqərə Surəsi 255.
Allahdan başqa heç bir tanrı yoxdur.(Diri,zati ilə qaim olan,dünyanı yaradıb idarə edən)əzəli,əbədi varlıq Odur.O nə mürgü,nə də yuxu bilər.Göylərdə və yerdə nə varsa(hamısı)Onundur.Allahın izni olmadan Onun yanında kim şəfaət(bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş)edə bilər?O,bütün yaranmışların keçmişini və gələcəyini(bütün olmuş və olacaq şeyləri)bilir.Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər.Onun kürsüsü(elmi,qüdrət və səltənəti)göyləri və yeri əhatə etmişdir.Bunları mühafizə etmək,Onun üçün heç də çətin deyildir.O,ucadır,böyükdür!
·
32 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.