Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
Humanistlərin əsrlərdir inandığı mücərrəd dəyərlər mövcuddur; azadlıq, insan hüquqları, demokratiya, azad iradə, azad bazar və s. Bunlardan bir qismi barədə əvvəllər yazmış və ziddiyyətli yönlərindən bəhs etmişdik, bu dəfə isə azad iradənin əslində uydurma mühakimə olduğu fikri üzərində dayanacağıq... Bəli... Bizə illərdir öyrədilənlər bunu demirdi. Necə yəni? Azad iradəni inkar etmək insan azadlığına kölgə salmaqdır... Heç də deyil. Azad iradə Con Lokk, Russo dövründə əhəmiyyətli idi, indi də əhəmiyyətini az-çox saxlayıb, bu gələcəkdə də belə olacaqmı? Azad iradə niyə tənəzzül edir? Bakı şəhərinin Sabunçu rayonunda kürəkən qayınatasını bıçaqlayaraq qətlə yetirib. Şübhəsiz ki, qətl araşdırılarkən gəlinən ilk qənaət bu olacaq: "Şəxs əməlinə görə tam məsuliyyət daşıyır, çünki o özü belə qərar verərək bu cinayəti öz iradəsi ilə törədib". Hələ də hər kəs belə düşünür, ola bilsin ki, bir müddət belə davam edəcək. Lakin həmişə belə davam edəcəkmi? Son illərdə alimlər min illərdir "sirli qutu" hesab edilən insanın daxili aləminə enə bildikcə orada nə "azad iradə", nə də "mən" tapa bildilər. Bütün mexanizmi eyni fiziki və kimyəvi qanunlara tabe olan genlər, hormonlar və neyronlar idarə edirdi. Böyük ehtimal, bir müddət sonra hər hansı cinayət əməlini açdıqda "çünki bu cinayəti öz azad iradəsi ilə törədib" arqumenti heç kəsi qane etməyəcək, bu arqumenti isə "Bəli, X adlı şəxs cinayət əməli törədib və cəzalanmalıdır, lakin bunu hər hansı mücərrəd azad iradənin hökmü ilə yox, beynində müəyyən bir genetik tərkiblə formalaşan bu və ya digər elektrokimyəvi proseslərin evolyusion təzyiqlərlə birləşən təsadüfi mutasiyaları əks etdirməsi nəticəsində edib". Bəli, cinayətə hər hansı elektrokimyəvi beyin prosesləri təsadüfi və ya deterministik şəkildə yol aça bilər, amma heç vaxt azad şəkildə baş verə bilməz. Bu fərziyyə deyil və arqumentlər bununla da yekunlaşmır. "Azad iradə"nin qəbrinə son torpağı təkamül nəzəriyyəsi atır. Əgər insanlar azaddırsa, təbii seçmə onları necə formalaşdıra bilər? Təkamül nəzəriyyəsinə görə, seçdikləri yer, qida və cütlərdən asılı olmayaraq, insanların bütün seçimləri onların genetik kodlarını əks etdirir.
Sapiens
SapiensYuval Noah Harari · Vintage · 201536,4bin okunma
·
189 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.