Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
Belə bir yanlış ifadə var; "Daxili azadlıq insana verilmiş ən önəmli hüquqlardandır". Maraqlıdır, bu azadlıq bizə verilir, yoxsa bizimlə birlikdə yaranır? İnsanın şüuru ona başqası tərəfindən verilmədiyi kimi daxili azadlığı da başqası tərəfindən bəxş edilmir, məhz onun varoluşu ilə birgə yaranır.. Amma bir həqiqət.. İnsan öz daxilində belə məhkum kimi yaşaya bilər.. Bir anlığa təsəvvür edin, əliniz və ayağınız açıq, sərbəst hərəkət edə bilirsiniz, amma ruhunuz, düşüncəniz zəncirli, "buxovlu"dur.. İndi haqqında bəhs edəcəyimiz "Məhkəmə" romanında Frans Kafka belə bir obrazı oxucu ilə üzbəüz qoyur... Əsərdə insanın mənəvi məhkumluğunun, bu məhkumluq altında yaşamasının bədii təhlili verilir, bir sıra problemlər Kafka metaforu ilə təqdim olunur. “Məhkəmə” əsərinin qəhrəmanı Yozef 30-cu ad gününün səhərini dustaq kimi açır. Burada Kafka kiçik ironiya edib, 30-cu yaşının səhərini məhbus kimi açması yəqin ki, təsadüfi deyildi. O xidmətçisini çağırır ki, səhər yeməyi gətirsin. Amma elə bu anda otağa tanımadığı kəslər daxil olur və onun məhbus olduğunu elan edirlər. Qəribədir... evindəcə və heç bir təqsiri ağlına gəlmədiyi halda məhbus kimi aşağılanmağı, əsir duruma düşməyi olduqca paranormal idi. Öncə olayların dostlarının zarafatı olduğunu düşünsə də, tədricən məsələnin ciddi olduğunu görüb əsəbiləşir, etiraz edir, hay-küy salır, daha sonra şahmat taxtasında vasitə olmuş fiqur olduğunu anlayaraq susmaq, taleyin diktəsini gözləmək məcburiyyətində qalır. “Axı bu adamlar kim idi? Nə danışırdılar? Hansı idarədən gəlmişdilər? Axı o hüquqi bir dövlətdə yaşayırdı, hər yanda əminamanlıq idi, bütün qanunlar işləyirdi, kimin nə ixtiyarı vardı ki, onun evinə soxulaydı?!” Bəli, amma soxulmuşdular. Burada “ev” anlayışı onun mənəvi asudəliyinin ərazisi mənasını ifadə edir... İkiüzlülük, yalanlar, süründürməçilik və rəzalət bataqlığında boğulan Yozef bütün ədalətsizliklərə açılan qapıları yumruğu ilə döyəcləyir, haqsızlığa meydan oxuyur, çox zaman haqsızlıq qarşısında ağlamaqdan başqa bir iş bacarmır...
Yargı
YargıFranz Kafka · Yayıncı: Max Brod · 1913317 okunma
28 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.