Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
Bir yerdə kiçik adamların böyük kölgələri varsa, deməli orada günəş batır demişdi Çin mütəfəkkirlərindən biri. Kafkanın obrazı böyük kölgələrə malik balaca məmurların yaşadığı Qəsrdəki bürokratiyanı, avtoritar düzəni aşmaq, onun arxasındakı işığa, həqiqətə çatmaq üçün mübarizə aparır. Haradan gəldiyi, əsl işinin nə olduğu və hətta adı belə bilinməyən bu obraz Qəsrə gedən yolda qarşılaşdığı çətinlikləri məntiqlə dəf etməyə cəhd edir, amma bu cəhdlər sirli qarmaqarışıqlıqda faydasız qalır. Çünki iqtidar sahiblərinə yetmək mümkün deyil. İdarəçilik sirli və ədalətsiz şəkildə qurulub və hər şey müəmmalı gücün əlində toplanıb. Məqsədim əsəri təhlil etmək deyil. Sadəcə ideya üzərində dayanacam. Qeyd edim ki, əsər yarımçıqdır, Kafka onu tamamlaya bilməyib. Amma daşıdığı ideya, məncə, bəşəriyyət mövcud olduqca aktuallığını qoruyacaq... Söhbət gücü müqəddəsləşdirən xalqdan gedir. Bəli, axı daxilimizdə bizə əlçatmaz olan, hətta sərt səslənsə də, bizdən güclü, bizi əzən məfhumlara münasibətdə qəribə qibtə formalaşıb. Bəs gücə, ədalətsizliyə boyun əyməsək necə? Fərqli yol tutsaq, onlara qarşı çıxsaq necə? Bizi təqdir edib yanımızda olacaqlar, yoxsa bizə şübhəli nəzərlərlə baxıb uzaq duracaqlar? Ya da onların gözündə Kafkanın digər obrazı Qreqor Zamza kimi iyrənc bir böcək kimi görünəcəyik..? Hamımız bir nöqtəyə qədər o kiçik təpənin ətəklərindəki Qəsrin ətrafında yaşayan kəndlilərik və o düzənə tabeyik. Qəsr isə beynimizin dərinliklərində yer alır. O qəsr inanclarımızı, qorxularımızı, nifrətimizi, fərqliliyə qarşı duyduğumuz şübhələri özündə birləşdirir. Biz o qəsrə yaxınıq, yaxın olduğumuz qədər də uzağıq və heç kimi ora yaxın buraxmaq istəmirik. Bizi bədbəxt edən qəsrin içində yer alan qorxularımız, şübhələrimiz, nifrətimiz deyil, öz iradəsizliyimiz, acizliyimizdir. Bəlkə, mövcud ədalətsizliklərə qarşı gücsüz olmağımızda səbəb heç də mövcud bürokratiya, iyeyarxik sistem, möhkəm despot idarəetmə deyil, şüuraltımıza yerimiş məğlubiyyət qorxusudur? . 26.08.2022 / 02:51
Şato
ŞatoFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 20179,9bin okunma
59 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.