Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

288 syf.
5/10 puan verdi
·
25 günde okudu
Elxan Elatlıdan gözləniləcək bir həyəcanverici və maraqlı əsər
Kitab içindəki hadisələri, həyəcanverici, naməlum axtarışları ilə axıcı və maraqlıdır.
Cəhənnəmdən Gələn Səs
Cəhənnəmdən Gələn Səs
kitabındakı obrazları yenidən görmək məni sevindirdi. Ən çox da Ələmdarı. Kitabın sonunda Ələmdarın eqosuna məğlub olmağı da məni sevindirdi. Kitabdan belə bir nəticə çıxartmaq olar ki, ilk baxışdan özünüzdən aşağı gördüyünüz insanlar, yeri gələndə sizdən qat-qat ağıllı və güclü ola bilirlər. Bu kitabda gördüyüm + xüsusiyyətlər. İndi gələk - xüsusiyyətlərə... Kitabda nə qədər də
Cəhənnəmdən Gələn Səs
Cəhənnəmdən Gələn Səs
obrazları yer alsa da, düşünürəm ki, bu kitab onun qədər uğurlu ola bilmədi. Ən azından mənim üçün. Ola bilsin ki, bu dəfə mövzu daha şəxsi məsələ üzərində qurulduğuna görə o kitab qədər sevə bilmədim. Məncə burda dövlətə çox sadiq olan bir polkovnikin və çox güvəndiyi mayor Leopardın şəxsi məsələ üçün dövlətin adamlarından istifadə etməsi düzgün bir yanaşma deyil. Gələk ümumi olaraq Elxan Elatlıya . Oxuduğum qədəri ilə deyə bilərəm ki, kitablarınız çox maraqlıdır. Lakin bir xüsusiyyət var ki, kitabınızda 18+ hadisələrə nisbətən çox yer verməyiniz o qədər də cəlbedici deyil. Artıq iki kitabınızı oxuyan şəxs biləcək ki, sizin bir az dolu, qıvırcıq saçlı və s. Qızlardan xoşunuz gəlir. Kitabın mövzusu dedektifdir. Buna görə də bir çox yaşı uyğun olmayan uşaq dedektif əsərlərdən xoşu gəldiyinə görə sizin əsərinizi oxuyanda bu cür nalayiq hadisələrlə tanış olmuş olacaq. Məncə bunu kitablarınızda daha üstüörtülü şəkildə təsvir edə bilərsiniz. Yenə də bütün əziyyətinizə görə sağ olun.
Arxalı Canavar
Arxalı CanavarElxan Elatlı · Teas Press Nəşriyyatı · 0649 okunma
·
41 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.