·309 syf.··Beğendi
···Okunma: 20 Nisan 2024 06:04 Stola bağlı şəkildə başından 5 güllə yarası almış yoldaşının yanında əlində tüfənglə tapılan Alicia...
Bütün dəlillər onun əleyhinədir lakin o səssizliyə qərq olmuş, nə özünü müdafiə edir, nə də cinayəti təsdiq edir. Məhkəmədə Alicianın psixoloji problemləri olduğu qərarını alırlar. İllərlə heç bir psixoloq onu danışdıra bilmir lakin bir gün biri gəlir.
Theo Faber-o heç kəsin bacarmadığını bacarır və Alicianı danışdırır. Lakin hadisələr bu qədər bəsit və şəffaf deyil. Alicianın tutduğu gündəlikdə bütün gerçəklər yazılıdır...
Yazar Alex Michaelidesin ilk kitabı olmasına rəğmən çox möhtəşəm bir kitabdır. Kitabın sonuna qədər müxtəlif planlar qurdum, müxtəlif cavablar axtardım lakin sonu şok... Tərs-köşə sevən hər bir oxucu bu kitaba şans verməlidir. Kitabdakı hadisələr insanı özünə çəkir və çox axıcıdır. Xoş mütaliələr