Sən gələndə yanıma,
İstəyirsən daima,
Vaxt dayana,
... Vaxt dura.
Vaxt da bizə qoşula,
Yanımızda otura.
Sən olsaydın, bir də mən,
Bu dünyada ikimiz -
Qoşulub oturar
Vaxt da bizə
Şübhəsiz.
Vaxt gələni gətirir,
Vaxt gedəni götürür.
Vaxt dayansa bircə gün,
Hardasa bir səadət
Yarımçıq qalar, inan.
şeir: Nəriman Həsənzadə
səs: Eldost Bayram