Əmbiyə Məmmədova

Əmbiyə Məmmədova
@mammedofhaa_
6 Temmuz 2004
39 okur puanı
Ekim 2023 tarihinde katıldı
10/10
·%5 (50/896 syf.)··
Beğendi
50 səhifə oxumağıma baxmayaraq hər cümləsinə heyran olduğum bir kitab. Çox möhtəşəm bir kitabdır hər bir insan həyatında ən az bir dəfə oxumalıdır. Ağlımızdakı hər sualı o qədər gözəl cavablayırki heyran olmamaq əldə deyil. Kitabı pdfdən oxumaq istədim ancaq mümkün olmur, gözlərim çox yükləndi. Buna görədə məcbur yarımçıq saxlamalı olacam. İnşAllah kitabı əldə etdikdən sonra yenidən oxuyacam. Özünüzü dərk etmək istəyirsinizsə mütləq oxuyun. Möhtəşəm ötəsi bir kitabdır. Xoş mütaliələr
Kimya-yı Saadetİmam Gazali · Çelik Yayınevi · 20122,761 okunma
Reklam
ÖLÜLƏR! necә ki, yatıbsınız  yatın!
9/10
·96 syf.··
Beğendi
·
2024 16. kitabı
·
3 günde okudu
·
Okunma: 19 Ağustos 2024 14:41
Kimdir ölülər? Yerin altındakılarmı, üstündəkilərmi? İnsan nə zaman ölür həyata gözünü yumduqdamı, gerçəklərə gözünü yumduqdamı? Ölümmü daha betər, cahillikmi? Cahilliyin səbəbi həqiqətən təhsilsizlikdirmi? Kitabın insana düşündürdükləri bunlardır. Hər dövrün aktual problemi olan cahillik yazar tərəfindən qələmə alınmışdır. Celil MemmedguluzadeCelil Memmedguluzade Ölülər deyərkən kimləri nəzərdə tutmuşdu? Cahil kitab oxumayan deyil, oxuduqlarını anlamayan, nəticə çıxarmayan, gözlərini açmaqdan qaçanlardır. Niyə qaçırlar? Qorxurlarmı, gerçəklərlə üzləşməyə hazır deyillərmi, yoxsa o qəflət yuxusu çoxmu şirindir?. "Ölülər" komediyasında dinlərinə kor-koranə inanan cahil kənd camaatından söz edilir. Bir gün biri gəlir və ölüləri diriltdiyini iddia edir. Kənd camaatı hətta dindarlar belə buna inanırlar və itirdikləri yaxınlarını şeyxdən istəməyə başlayırlar. O qədər istəyirlərki bu uğurda hər şeylərindən hətta namuslarından belə asanlıqla vaz keçirlər. "Şeyx, mən (anamı, atamı, övladımı...) səndən istəyirəm deyirlər. Bu cümlə camaatın dindən, Qurandan necə xəbərsiz olduğunu açıqca göstərir. Celil MemmedguluzadeCelil Memmedguluzade həmin dövrün problemini üstü qapalı şəkildə nəzərə çatdıraraq insanları ayıltmağa çalışıb. Hər dövrün Cəlil Məmmədquluzadələrə ehtiyyacı var. Dəyişən sadəcə zamandır...
Gaflet Uykusu
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,270 okunma
Nə üçün namaz qılırıq?
10/10
·192 syf.··
Beğendi
·
2024 13. kitabı
·
5 günde okudu
·
Okunma: 28 Temmuz 2024 04:59
İhsan Şenocakİhsan Şenocak xocam yenə əfsanələr yaratmış. Namazı o qədər gözəl izah etmiş ki oxuyan hər bir müsəlmanı namaza sövq edəcək gücə malikdir. Son zamanlarda namazdan əvvəlki qədər həzz ala bilmirdim, fikrim yayınırdı kitab tam yerinə düşdü. Peyğəmbərimizin (s.a.v) dövründən bu günə namazın insanlara təsirindən, gözəlliyindən bəhs edilir. İnsan Peyğəmbərimizin(s.a.v) və səhabələrin necə həvəslə, hansı çətinliklərə rəğmən namaz qıldıqlarını oxuduqca düşünür. Onların qıldıqları namazdırsa bəs mənimki nədir? Xocam namazın sadəcə əyilib-qalxmaqdan ibarət olmadığını, insanın ruhunu hüzura qovuşdurduğunu, insanı mənəvi cəhətdən paklaşdırdığını, pisliklərdən qoruduğunu, şeytanın əməlidən uzaqlaşdırdığını çox gözəl şəkildə izah edir. Və oxuduqca dedimki doğrudanda belədir, həqiqətən belə hiss edirəm. İnsana aydınlanma gəlir qıldığı namazla bağlı. Namazda fikrimizi toparlaya bilməməyimizin əsas səbəblərindən biri oxuduğumuz dua və zikrlərin, hərəkətlərin mənasını bilməməyimizdir deyə düşünürəm. Mən hərəkətlərin mənasını bilirdim ancaq xocam çox dərindən və tam şəkildə izah vermişdir. Məsələn, namaz daxilində dəfələrlə zikr etdiyimiz yetmədi namazı bitirdikdən sonrada zikr etdiyimiz "Allahu Əkbər"in mənasını çox gözəl şəkildə açmışdır. Bizlər sadəcə tərcüməsini bilə bilərik. İhsan Şenocakİhsan Şenocak xoca isə onun tam izahını vermiş və nə üçün" Allahu Əkbər"? sualını çox gözəl şəkildə izah etmişdir. Eyniylə nə üçün Subhanəkə duası, Fatihə surəsi, Tahiyyat, Salam... Hər birini izah etmişdir. İnsan qıldığı namazdan qafil olduqda həzz ala bilmir və qəlbinə sıxıntı gəldiyi zaman namaz qılan Hz. Peyğəmbərin(s.a.v) ümməti namazdan sıxılmağa başlayır. Bu kitab insanı çox gözəl şəkildə aydınladır və qəflət yuxusundan oyadır. Oxumağı hər bir müsəlmana məsləhət görürəm. Oxuduqdan sonra namazınızdakı dəyişimi
Namaz
Bir İnkılaptır Namazİhsan Şenocak · Hüküm Kitap · 20181,681 okunma
İslam!
10/10
·208 syf.··
Beğendi
·
2024 12. kitabı
·
15 günde okudu
·
Okunma: 22 Temmuz 2024 23:31
Kitabın 47ci səhifəsindəyəm. Oxuduqlarım o qədər təsir etdiki fikirlərimi tez bir zamanda paylaşmaq istədim. Hər cümləni oxuduqca daha çox utandım. Nədənmi? Ətrafımdan utanıram, yaşadığım dövrdən utanıram... Elə insanlar, elə hadisələr görürəmki həqiətən utanıram. Allahım biz sənin qarşına necə çıxacağıq, etdiklərimizin hesabını necə verəcəyik? Bəlkədə yazacaqlarım üçün qınanacam amma izah edəcəm artıq anlamaq istəyən anlayar. Nəzərdə tutduqlarım hər kəsə aid deyil əlbəttəki əxlaqını qoruyan insanlar çoxdur Allah saylarını artırsın İnşallah. İnsanlar müasirləşməklə əxlaqsızlığı səhv salıblar. Sosial medyaya baxılası deyil. Yarı çılpaq qadınlar, yoldaşlarıyla, sevgililəriylə aralarında olan şəxsi, məhrəm münasibətləri paylaşanlar, söyüş söyənlər, lgbt üzvləri(onları vücudlarında olan problemlərə görə qınamıram sadəcə o problemlə başa çıxmaq əvəsinə ondan istifadə edərək insanlara pis örnək olmalarını qınayıram). Həqiqətən bu dövr üçün gözlərini zinadan qorumağı bacaranlar çox dəyərlidirlər. Bunlara yol açanlar kimlərdir? Saylarını artıran, məşhur edən kimlərdir? Bəli bizlər... Sırf bir neçə dəqiqə gülüb, əylənəcəyik deyə məşhur edirik onları. Müasirlik budurmu? Mən müasirliyi elm və texnikanın inkişafında, yeni kəşflərdə, tibbin inkişafında vəs. görürəm. Tez-tez qarşıma çıxan paylaşımlardan biridə "avropada marsa uçurlar(robot yaradırlar, tibb inkişaf edir...) müsəlmanlar təsəttür, dəstəmaz, namaz vəs. söhbəti aparırlar hələdə. Cahillik görürlər inancımızı və bir çox islamdan xəbəri olmayan müsəlmanlarda onlara haqq qazandırır, dediklərini bir növ təsdiq edirlər. Qeyd edimki müsəlmanların elə bir dövrü var idiki müasir elmin bir çox əsaslarını məhz onlar qoymuşlar. Tarixini araştıran əlbəttəki bunları bilir. Ancaq indi yoxdur. Çünki indi müsəlmanlar çoxdur amma İslamı
Din
İslam'ın Kızınaİhsan Şenocak · Hüküm Kitap · 20165,2bin okunma
Məxzənül-əsrar
10/10
·264 syf.··
Beğendi
·
2024 10. kitabı
·
59 günde okudu
·
Okunma: 07 Temmuz 2024 17:34
Sirlər XəzinəsiSirlər Xəzinəsi XII əsrdə yaşayıb yaratmış, dünyaca məşhur, ədəbiyyat tariximizin tanınmış simalarından olan, ədəbiyyatımıza çox böyük və qiymətli qatqıları olan Nizami GəncəviNizami Gəncəvi -nin ilk iri həcmli əsəridir. Hər sətrindən daha çox zövq alaraq oxuduğum bu kitab dərin mənası, verdiyi nəsihətlərlə məni heyran etdi. Nizami GəncəviNizami Gəncəvi -nin kitaba ilk "Bismillahir-rəhmanir-rəhim"-lə başlaması qəlbimi fəth etdi. Gerisini oxumasaydım belə 10xala ordan layiq oldu mənim üçün. Cümlələrin necə incəliklə seçilməsinimi desəm, qafiyələrin bir-birinə uyğunluğunumu desəm, verdiyi nəsihətlərimi desəm... Hər ayrıntısıyla möhtəşəmdir. Kitabın əvvəllərində İslamdan, Hz. Peyğəmbərimizdən(s.a.v) bəhs edilir, daha sonra sevgidən, doğruluqdan, düzlükdən vəs. bəhs edilir. Daha sonra söhbətlər başlayır.Həmin söhbətlərin bəziləri orta məktəb ədəbiyyat dərsliklərindən tanış idi.Oxuduqca məktəb illərimə qayıtdım.Söhbətlərdə şair dövrünün aktual problemlərinə toxunur və bu söhbətlərdə çox dəyərli nəsihətlər vardır. Əlbəttəki tövsiyyəm kitabı sadəcə oxumaq yox anlamağa çalışmaqdır. Mən "Lider" nəşriyyat yayınlarından oxudum və oxuyub bitirdikdən sonra kitabın sonunda şeirlərin açıqlamasının olduğunu gördüm. Əvvəlcədən fikir versəydim anlamağım daha asan olardı. Kitabda bu ayrıntını çox sevdim. Anlamaqda çətinlik çəkənlər üçün çox incə bir davranışdır. Oxumağı bütün kitabsevərlərə tövsiyyə edirəm. Əminəmki zövq alacaqsınız. Xoş mütaliələr
Şiir
Sirlər XəzinəsiNizami Gəncəvi · Lider Nəşriyyatı · 2004332 okunma
Reklam