Həqiqətən kitabın içində həyatı dəyişdirəcək sözlər və zikrlər toplanıb. Çox faydalı kitabdır. Həm islami psixoloji yöndən, həm də ibadət yönündən. İnsan həyatı enişli, yoxuşludur. Bir asanlıq, bir çətinlik ömrümüz boyu gəlir, gedir. Sıxıntı anında olan biriylə söhbət edir sanki kitab. Yol göstərir. Yol da təbii ki, yolların ən doğrusu Allaha yönəlmək. Həqiqətən Qəlblər sadəcə Allahın zikri ilə rahatlıq tapır. (Quran 13/28)