Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

228 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Yaponların uzun və xoşbəxt yaşamasının sirri
Kitab mənim çox sevdiyim kitablar sırasına daxil oldu. Belə ki, bunu oxuyan kəslər deməli həyatında nəyisə dəyişməyə cəhd edir, nəsə boşluq hiss edir, nələrinsə düz getmədiyini anlayırlar. Kitab sizə həyatı necə daha dəyərli edə biləcəyinizi, uzunömürlülüyün və xoşbəxtliyin açarını necə tapacağınızı danışır. Bunun üçün də tövsiyələr verir. Kitabda əsas diqqət yetirilən şey "ikiqay" fəlsəfəsidir. Belə ki, ikiqay "yaşamaq üçün səbəb" və ya "səhər yataqdan qalxmaq üçün səbəb" mənasını verir. Bu, ehtiyaclarınız, istəkləriniz, məqsədləriniz və məmnuniyyətinizin qovuşduğu yerdir: mükəmməl balans və tam məmnuniyyət nöqtəsi. Kitabın əsas götürdüyü şəxslərsə Yaponiyanın Okinava adasında yaşayanlardır. Onlar dünyanın digər bütün yerlərindəki insanlardan daha çox yaşayırlar. Onlar 90, 100, 110, hətta 120-ci yaşlarını belə şadyanalıqla keçirirlər. Stressdən uzaq, tələsmədən, sağlam qidalanaraq, səhərlər "günəşi salamlayaraq" günü açırlar. Insanı həm ruhlandıran, həm də rahatlandıran bu kitab sizə öz ikiqayınızı tapmaqda kömək edəcək, həyatınızı dəyişmək imkanı yaradacaq. Uzunömürlülüyün sirri nə tam sağlam yaşamadadır, nə də dayanmadan sağlam yaşamaq üçün cəhd etməkdə. Kitabda bunu nümunələrlə göstərirlər. Məsələn, 122 yaşına kimi yaşamış Janna Kalma düz 120 yaşına kimi siqaret çəkib. Son zamanlar çəkməməsinə səbəb isə gözünün katarakt olması ilə siqareti dodağına yanaşdıra bilməməsi olub. O, 120 yaşını qey edəndə deyirmiş : "Pis görürəm, pis eşidirəm, bəzən özümü pis hiss edirəm, amma hər şey əladır, hər şey çox gözəldir!" Janna Kalma bizə bir şeyi də deyir əslində. Hər şeydən zövq almağı. Həyat çətinliklərlə doludur, bəzən ağrılı günlər gələr, kədər bizi öz kobud qolları arasında sıxar, ayrılıqlar bizimlə görüşə gələr və sevdiyimiz, dəyər verdiyimiz insanların itkisiylə üzləşərik. Bunlar həyatın qanunlarıdır, bizim əlimizdə deyil. Biz bunları da həmin anda yaşayıb daha sonra da bunlara bir xatirə kimi yanaşmalı, yenə də davam edən həyata biz də qoşulmalıyıq. Anı yaşamalıyıq. Bu anda olmalıyıq. Biz "anı yaşamalıyıq" deyəndə bütün keçmişi unudub, gələcəyi də heç fikirləşməməkdən danışmırıq, əziz oxucular. Bunları çox fikirləşmədən, bizim əlimizdə olan şeylərə yön verməyə çalışıb, bizim idarəmizdə olmayan şeylərisə "flow"(axın) halına buraxmalıyıq. Az öncə "günəşi salamlamaq"dan danışdım. Bu, əlbəttə, səhər oyanıb günəşə baxaraq: "Hə, missis, necəsiniz? Bu gün daha parlaqsınız, deyəsən Ayla olan görüşdən razı qalmısınız" deməkdən söhbət getmir. Burda söhbət səhər məşqlərindən gedir. Bəli, yaponlar səhər yavaş və kiçik hərəkətlərlə günə başlayaraq daha gümrah, daha sevincli günə başlayırlar. "Günəşi salamlamaq"la yanaşı, "Tay-Çi", "Radio-tayso", "Siatsu" kimi səhər məşqləri də mövcuddur. Bu məşqlərin əsas qayəsi düzgün nəfəs almaq, tələsmədən, mümkün olduğunca yavaş hərəkət etmək və öz müvazinətini saxlamaqdan ibarətdir. Kitabda sağlam qidalanmaya da üstünlük verilir. Gündə iki dəfə, bol tərəvəzli, kiçik porsiyalarla, az-az yemək yaponların adətlərindəndir. Onlar bu sayədə çox enerji tələb edən və insanın qocalma prosesini sürətləndirən həzm prosesinə olduqca az enerji sərf edirlər. Kitab haqqında yetəri qədər məlumatı ötürdüyümü düşünürəm, əziz oxucular. Geri qalanı sizə düşür. Çox axıcı diliylə kitab sizi özünüzə məftun edəcək, səhifələrin necə ötüb keçdiyini anlamayacaqsınız belə. Mənsə sizinlə sağollaşıram. Hələlik, gələn yazılarda görüşənədək. Oxuduğunuz üçün təşəkkürlər!
İkiqay
İkiqayFrancesc Miralles · Bakı, Teas Press Nəşriyyatı · 019bin okunma
·
63 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.