Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Əzəl gündən dünya yalan dünyadı, Baha satan, ucuz alan dünyadı, Arzularım nakam qalan dünyadı, Dağılanı düzmək olmur, əzizim. Kaş ki, dünya namərdliyi ataydı, Qəlbim bir an istəyinə çataydı, Yaşamağım göz yaşıdı, haraydı, Göz yaşında üzmək olmur, əzizim. Ləpələrə yalvarmaqdan bezmişəm, Hönkürməkdən, ağlamaqdan bezmişəm, Səndən ayrı yaşamaqdan bezmişəm, El-obadan bezmək olmur, əzizim. Heç bilməzdim daşım belə ağırdı, Bəxtim belə biçarədi, fağırdı, Gedəcəyəm, göylər məni çağırdı, Daha Yerdə gəzmək olmur, əzizim...
Sayfa 25 - DÖZMƏK OLMUR (Əzizim)Kitabı okuyor
·
22 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.