Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

320 syf.
8/10 puan verdi
·
7 günde okudu
Oxuyun...
Kitab oxumaq insanda müəyyən qabiliyyətlər formalaşdırır , bu kitabın formalaşdıracağı əsas qabiliyyət Empatiya olacaq deyə bilərəm. Solomonun həyatını oxuduqca, çəkdiyi iztirabların və şahid olduğu dəhşətlərin hər zərrəsini hiss etməmək mümkün deyil. Bütün bunların isə tamamilə həqiqi xatirələr üzərində qurulması tamamilə fərqli hisslər yaşadır. Əsas məsələ özünü bütün canlılardan üstün ( daha mədəni, daha ağıllı, daha inkişaf etmiş) tutan insan bəzən vəhşiləşmənin də ən üstün dərəcəsinə çatır . Əsərdə öz mülkləri kimi gördükləri insanlara qarşı münasibət bunun ən bariz nümunəsidir. Digər tərəfdən həmin insanların düşüncələrində etdikləri davranış tamamilə normaldır və bu şəkildə də olmalıdır. Nəql edilənlər içərisində Solomonun sahiblərindən birinin oğlu həmin kölələrə atasının verdiyi əzabları verməkdən zövq alır və bununla qürur duyur. Tərbiyənin təqlid forması özünü əks etdirir. Çox təəssüf ki, bu gün də Solomonun başına gələn hadisələrdən 200 il sonra belə dünyanın bəzi ölkələrində köləlik və bənzəri sistemlər hökm sürür. Dünya demokratik sistemləri isə həmin dövrdə Amerika demokratik sisteminin kölələri görmədiyi kimi indi də görmür. İnsan hər şeydə üstündür , yaxşıda da, pisdə də.
12 İllik Köləlik
12 İllik KöləlikSolomon Northup · Qanun Neşriyat · 2020378 okunma
·
53 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.