Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Mən indi başda düşdüm ki, o, nə üçün bütün axşamları çıxıb keşikçi təpəsində oturur, nə üçün gecələr çayın qırağında tək qalır, nə üçün başqalarının eşidə bilmədiyi səslərə həmişə qulaq asır və nə üçün bəzən birdən-birə gözləri parıldayır, adətən, səksəkəli qaşları niyə yuxarı dartılır. O, qəlbən vurğun adamdır. Həm də hiss edirdim ki, o, sadəcə olaraq, başqa bir adama vurulmamışdır. Onun məhəbbəti başqa, böyük məhəbbət idi. Bu, həyata, torpağa məhəbbət idi. Bəli, o, bu məhəbbəti özündə, öz mahnısında gizlətmiş, onunla yaşayırdı.
·
141 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.