Gönderi

Sən mənim ən əziz sirrim, istəyim Sən mənim ən acı həqiqətimsən. İtmiş gəncliyimdən soraq gətirən Sən mənim sonuncu məhəbbətimsən Yaş o yaş deyil ki, yolunu kəsim Yas o yaş deyil ki, açım qəlbimi. Təzədən başlayım, danışım, küsüm On yeddi yaşında cavanlar kimi. Yaş o yaş deyil ki, səni izləyim, Özümü odlara toxuyum yenə. Durub saatlarla vədə gözləyim, Görənlər, bilənlər nə deyər mənə Səni hər görəndə çaşıram düzü Hamı məna baxıb gülür ela bil. Dilimi dişləyib demirəm sözü - Yaş o yaş deyil ki... heyif ki, deyil.
Fikrət Qoca
Fikrət Qoca
·
69 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.