Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

98 syf.
5/10 puan verdi
·
9 saatte okudu
"Dünyanın ən gözəl eşq hekayəsi"
Bəzən, çoxluq tərəfindən bəyənilən, sevilən kitabları oxuduqdan sonra görürsən ki, heç də böyüdüldüyü kimi deyil. Belə hallarla qarşılaşanda elə düşünürəm ki, problem məndədir:)
Louis Aragon
Louis Aragon
-a görə "Dünyanın ən gözəl eşq hekayəsi" olan
Cəmilə
Cəmilə
kitabında eşqə dair heç nə görə bilmədim. Kitabda eşq adlandırdıqları duyğu nədir onu da anlamadım. Eşq hər halda həyat yoldaşı cəbhədə olan Cəmilənin ona xəyanət etməsi ya da evli olduğunu bilə-bilə Daniyarın evli bir qadına yanaşması deyil. Hələ 15 yaşında olan Seyitin qardaşının yoldaşına duyğusal hisslər bəsləməsi heç deyil. Kitabda bir-birinə uymayan, təzadlı fikirlər varıydı. Başlarda köhnə adət-ənənələrinə sadiq, kənddə yaşayan camaatın, kitabın ortalarında Cəmilənin kəndin ortasında, gənc oğlanlarla öpüşüb, çayda oynamasını gülərək izləmələri məni təəccübləndirdi, nə yalan deyim. Bir an düşündüm ki, bu hansı dövrdə və harada qəbul edilən bir şeydi? Axı başlarda, böyüklərinə hörmət əlaməti olaraq, həyat yoldaşına məktubun sonunda sadəcə "Salam" yazan adamdan bu yerə hansı ara keçdik? Ümumilikdə, Cəmilə obrazını heeeç sevmədimm:| Mövzu olaraq hər kəsə xitab etməsə də, kitabın dili, təsvirləri onu oxunaqlı edirdi. Düşünürəm ki, kitabın davamı olsaydı, Cəmilə bu dəfə də, səsi daha yaxşı olan bir adamla Daniyara xəyanət edərdi:))
Cəmilə
CəmiləCengiz Aytmatov · Altun Kitab · 201832,6bin okunma
·
3 artı 1'leme
·
618 görüntüleme
Fatimə Təhməzova okurunun profil resmi
Bütün dünyanın sevib, şişirdiyi,mənim isə demək olar nifrət elədiyim o kitab:
Min Möhtəşəm Günəş
Min Möhtəşəm Günəş
Şəhla okurunun profil resmi
Haqlısınız, kitab çox bəyənilən, sevilən, tanınmış kitabdır. Təhlilinizi oxudum, standart təhlillərdən deyildi. Kitabı oxumağı düşünürdüm, təhlilinizə görə daha maraqlı gəldi. Tezliklə oxuyacam.
7 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.