Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Ölü Adam
Əcəlin də öz vaxtı var Öldürməklə adam ölmür Sözün də bir söz vaxtı var Öl deməklə adam ölmür *** Adam ölür dərd çəkəndə Adam ölür qəm çəkəndə Adam ölür bir gülüşə Kirpikləri nəm çəkəndə *** Birdən birə adam ölmür Adam ölür ayrılanda Adam ölür bir yuxuda Adam ölür ayılanda *** Əkdiyini biçə-biçə İçə-içə ölür adam Başın tutub qaça-qaça Küçə – küçə ölür adam
·
150 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.