Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Unudulan qadın
Göz yaşını qurutmağın yanında Bir dənizi qurutmağa nə var ki Dərd eləmə, qurban olum dərdinə Unut məni, unutmağa nə var ki *** Mən ki sənin sevmədiyin adamam Elədirsə, kimin dərdin çəkirsən? Get tarının, mizrabanın dərdin çək Niyə gəlib simin dərdin çəkirsən? *** Axtardığın mən olsam da, əzizim İtirdiyin mən deyiləm, bilirsən… Mən olsamda, itirdiyim adamı Axtarmaram, sən deyiləm, bilirsən… *** Bir baxçada gül olsan da sonunda Ləçək-ləçək qurudulan qadınsan Unut məni, unutmağa nə var ki? Sən özün də unudulan qadınsan
·
445 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.