Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

339 syf.
9/10 puan verdi
Bəzi kitablar üçün istifadə olunan bir cümlə var: "Məktəblərdə dərs kitabı olaraq oxudulmalıdır." Mən Cemil MERİÇ'in bu möhtəşəm əsəri haqqında bunu deməyəcəm amma, kaş ki Universtetlərdə bu kitab oxudulsa. Gəncliyin həyatına yol verəcək ünsürlər arasında bu dahi fikir və təcrübələrin də qatqısı ola.. Müəllif bu kitapda iç və çöl dünyasını ortaya qoyaraq onu Cemil Meriç edən həyat yolunu və fikirlərini qələmə alıb. Kitabın ilk bölümü bizi intelektual bir otobiyoqrafoya ilə qarşılayır. Müəllif bu haqda belə deyir: "Bu səhifələrdə həyatımın bütünün yəni bütün sevgilərim, bütün kinlərim, bütün təcrübələrim var. Mənə elə gəlir ki, həyat deyilən mülaqata bu kitabı yazmaq üçün gəldim." Kitabda əsasən Şərq-Şərb ayrımı, Sağ-Sol davası, Çağdaşlaşmaq adına Avropa mədəniyyətinə heyranlıq və təslimiyyət və bunlar ətrafında bir çox mövzudan bəhs edir. Cemil Meriçin ən çox sevdiyim yanlarından biri, qərb mədəniyyətinin bizə dayatdığı bir çox qavramı əvvəlcə sorğulayır və əslində nə demək olduğunu ortaya qoyur. Məsələn kitabında belə deyir: "Kəlimələri tərif etmədən girişiləcək hər dartışma qısır qalmağa məhkumdur." Qərbin bizə dayatdığı bir çox qavramın məğzinə varmadan tərifini də qərbdən aldığımız üçün, yəni yaxşı mənadə tərif edilənləri yaxşı, pis mənada tərif edilənləri pis qəbul edib, onların yaxşı və pisləriylə, doğru və yanlışlarıyla hərəkət etmə zillətinə düşürük. Cemil Meriç isə qavramları öz düşüncəsinə görə tərif edərək bu xətadan qurtulur. Qərb düşünürləri gerici deyərkən əslində İslamı və müsəlmanları nəzərdə tuturlar. Cemil Meriç də bu tərifi sorğulayaraq belə deyir: "Murdar bir haldan möhtəşəm bir maziyə qanatlanmaq gericilik adlanırsa, hər namuslu insan gericidir!" Və davamında belə buyurur: "Gerici, ilerici... Düşüncə hürriyəti bu müvəlləs (pis, kirli, qarışıq, nizamsız) kəlimələrin əsarətindən qurtulmaqla başlayar, düşüncə hürriyəti və düşüncə NAMUSU!" Kitabın başqa bir yerində belə deyir: "Yobazlıq Şərq'in nəfis müdafiəsi. Yobaz, səmimiyyət, yobaz özünü bir nass'a həbs edən idrak. Bir nass'a, yəni sonsuza. Yobaza düşmənlik, tarixə düşmənlikdir. Yobaz bizik, ən gözəl tərəfləriylə biz." Cemil Meriç oxuyanlar biraz da fikrin, fikri hürriyətin, azad düşüncənin nə olduğunu öyrənəcəklər. Həqiqətən də fikir dünyasına, düşüncə sisteminə yön verən bir üstaddır. Qələmini qılınca çevirməsini bilən bir döyüşçü, yeriyən kitabxana, gözlərini itirməyinə baxmayaraq oxumaqdan, əzimlə çalışmaqdan imtina etməyən bir üstad.Dövrümüzün problemləri, necə bu hallara gəlindi, harda yanlışlar edildi suallarına cavab axtararkən ömrünü vermiş bir üstad. Bir çağın, daha doğrusu bir ölkənin vicdanı olmaq, idrakımıza vurulan zəncirləri qırmaq, yalanları yox etmək, Türk insanını Türk insanından ayıran bütün divarları yıxmaq üçün çalışan bir üstad. Kitabı da bunların yazıya tökülmüş çığırıqları.. Kitabı kiçik bir incələmədə ifadə etmək qeyri mümkündür. Yazdıqlarımız böyük bir su hövzəsindən sadəcə bir neçə damcıdır. O hövzəyə dalmaq üçün isə kitabı dəfələrlə oxumaq, üzərində ciddi şəkildə düşünmək və üzərinə yeni fikirlər bina edilməlidir. Kitabın dili ağır olmaqla birlikdə həm də anlamaq üçün biraz altyapı və bilgi birikiminə ehtiyac duyur. Bunun üçün həyatın müxtəlif mərhələlərində zaman-zaman kitabı təkrar oxumaq anlamağımıza yardımçı və faydalı olacaqdır. Kitabdan böyük ölçüdə yararlansam da qatılmadığım yanları da var. Kitab tam İslami bir düşüncəylə yazılmadığına görə, kitabın hər bölümündən islamı baxış tərzi gözləminə də girməmək lazımdır. Və son olaraq kitabdan bir alıntı ilə sözlərimi bitirmək istəyirəm: "Qaranlıqları devirmək və aydınlıq bir çağın qapılarını açmaq üçün ən mükəmməl silah: Qələm! Sözlə, yazıyla qazanılmayacaq savaş yoxdur. (...) Bir qılıncın qazandığı zəfəri, başqa bir qılınc yox edə bilər. Qələmlə edilən fəthlər, tarixə bədəl olar, tarixə yəni əbədiyyətə.."
Bu Ülke
Bu ÜlkeCemil Meriç · İletişim Yayınları · 201821,1bin okunma
·
47 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.